Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:20

Nazarbayevin qohumları vəzifələrini itirməkdədirlər


Berik İmaşev
Berik İmaşev

Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevin qohumlarının vəzifələrindən uzaqlaşdırılması davam edir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev keçmiş prezident Nursultan Nazarbayevin daha bir yaxın qohumunu vəzifəsindən azad edib.

Prezident mətbuat xidmətinin yanvarın 25-də verdiyi məlumatda deyilir ki, Mərkəzi Seçki Komissiyasının sədri vəzifəsində Berik İmaşevi Nurlan Abdirov əvəz edib.

61 yaşlı İmaşev MSK-ya 2016-cı ilin sentyabrından rəhbərlik edirdi.

Onun qızı Aida İmaşeva Nazarbayevin nəvəsi Nurali Aliyevin arvadıdır.

Yanvarın 25-də bu da xəbər verilib ki, Qazaxıstanın Samruk-Kazina adlanan Dövlət Ehtiyat Fondunun 7 yükıək vəzifəli meneceri postlarından istefa veriblər.

Bundan əvvəl Tokayev bu fondda ixtisarların keçirilməsi üçün fərman imzalamışdı.

Tokayev habelə Qazaxıstan İnkişaf Bankının maliyyə, sənaye və tikinti sahələrini təmsil edən bir qrup adamın şəxsi bankına çevrildiyini deyəndən sonra bankın sədri Abay Sarkulov da vəzifəsindən istefa verib.

Ölkəni bürümüş etirazların ardınca Nazarbayevin iki kürəkəni – Qayrat ŞaripbayevDimaş Dosanov iki böyük dövlət şirkətinin - QazaqGaz və KazTransOil şirkətlərinin rəhbəri vəzifəsindən azad edilmişdilər.

Ötən həftə Milli Sahibkarlar Palatasının sədri Timur Kulibayev də vəzifəsindən istefa verib. O da Nursultan Nazarbayevin kürəkənidir.

Bundan bir neçə gün əvvəl Tokayev Nazarbayevin kiçik qızı Aliya Nazarbayevanın təkrar emal müəssisəsini tənqid etmişdi.

Buşirkətin də Nazarbayevlərin nəzarətindən çıxarıldığı xəbər verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG