Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 03:56

Nazarbayevin şəkli olan pul buraxılır


Qazaxıstanda üzərində prezident Nursultan Nazarbayevin şəkli olan yeni pul vahidi buraxılır.

Qazaxıstan Milli Bankı-nın noyabrın 15-də verdiyi məlumatına görə, 10 000 tengelik yeni əskinaz bu il dekabrın 1-dən dövriyəyə buraxılacaq.

10 min tenge 30 ABŞ dolları civarındadır.

Rəsmi xalqın lideri titulu verilən 76 yaşlı Nazarbayev ölkəni 1991-ci ildən idarə edir.

Bu müddət ərzində ölkədə onun prezidentlik müddətinin uzadılması üçün bir sıra konstitusiya dəyişiklikləri edilib.

Paytaxt Astanada onun adına müzey və universitet var.

Dekabrın 1-i “Qazaxıstan Respublikasının birinci prezidenti günü” kimi qeyd olunur.

XS
SM
MD
LG