Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

Nazarbayev Konstitusiyanın prezidentliklə bağlı maddəsinə dair sorğu verib


Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Prezident Nursultan Nazarbaev Qazaxıstanın Konstitusiya Şurasından qanunun prezidentin səlahiyyətlərinin başa çatmasını nəzərdə tutan maddəsinə rəsmi aydınlıq gətirilməsini istəyib.

Şura fevralın 4-də açıqladığı bəyanatda bildirir ki, prezidentin ricası ilə əlaqədar Qazaxıstan Konstitusiyasının 42-ci maddəsinin 3-cü bəndinin öyrənilməsinə başlayıb.

Konstitusiyanın müvafiq maddəsi hazırkı ölkə prezidentinin səlahiyyətlərinin “yenicə seçilmiş prezidentin səlahiyyətlərinə başladığı andan”, habelə “hazırkı prezidentin vəzifəsini tərk etdiyi andanbitirməsisni” nəzərdə tutur.

Sözü gedən maddədə bildirilir ki, “müddəti başa çatmadan vəzifəsini tərk etmiş prezidentlərdən başqa bütün prezidentlərin Qazaxıstan Respublikasının keçmiş prezidenti titulu saxlanır”.

78 yaşlı Nazarbayev 1991-ci ildə SSRİ-nin süqutundan bəri Qazaxıstan prezidentidir.

O 2015-ci ildə son dəfə 5 il müddətinə ölkə prezidenti seçilib.

İnsan haqları müdafiəçiləri onu ölkədə siyasi azadlıqların boğulmasında, qeyri-demokrtaik seçkilər vasitəsilə hakimiyyətini uzatmaqda, potensial rəqiblərini neytrallaşdırmaqda ittiham edilər.

Qazaxıstanda növbəti prezident seçkisi 2020-ci ilin dekabrında nəzərdə tutulub və Nazarbayev ötən il bildirib ki, erkən seçki keçirilməsi üçün heç bir plan yoxdur.

Lakin digər tərəfdən Nazarbayevin prezidentlik müddəti 2020-ci ilin aprelində başa çatır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG