Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:08

Nazarbayev hökuməti istefaya göndərir


Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Fevralın 21-də Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib ki, o “bugün mühüm qərar qəbul edərək” hökuməti istefaya göndərir.

AzadlıqRadiosu yazır ki, bu barədə verdiyi sərəncamda Nazarbayev hökumətin istefaya göndərilməsi səbəblərini açıqlayıb.

Sənəddə deyilir ki, hökumət milli bankla birlikdə iqtisadiyyatın keyfiyyətli inkişafı üçün real stimullar və alətlər, habelə xüsusilə kənd yerlərində istehsal profilli iş yerlərinin yaradılması tapşırığını yerinə yetirə bilməyib”.

Prezident sərəncamında qeyd olunur ki, “kiçik və orta biznesin inkişaf etdirilməsi icra başçılarının və nazirlərin əsas vəzifəsinə çevrilməyib”.

Sərəncamda daha sonra deyilir:

"Əhalinin real gəlirləri artmır, ailə büdcəsində ərzaq məhsullarına xərclənən pulun məbləği artır”.

Daha sonra vurğulanır ki, hökumət rəsmiləri vətənsdaşların qayğı və problemlərinin həllində lənglik göstəriblər.

Nazarbayev deyib ki, bu istiqamətdə onun Nur Otan partiyasının bu yaxınlarda keçiriləcək qurultayında konkret tədbirlər tövsiyə olunacaq.

O habelə bəyan edib ki, “insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün büdcədən xeyli vəsait xərclənəcək”.

Müşahidəçilər bildirirlər ki, son iki həftə ərzində Qazaxıstanda çoxuşaqlı anaların izdihamlı etirazları keçirilir. Onlar yaşayış səviyyəsinin yüksəldilməsini tələb edirlər.

Etirazlar Astanada müvəqqəti yaşayış evində 5 azyaşlı uşaq yanğında öldükdən sonra başlanıb. Yanğın baş verəndə uşaqların valideynləri işdə olublar.

2016-cı ildən bəri Qazaxıstan hökumətinə Baxıtjan Sagintayev başçılıq edir. Hökumət prezidentə tabedir və bir qayda olaraq onun tapşırıqlarını yerinə yetirir və birbaşa Nazarbayevə hesabat verir.

Nur Otan hakim partiyasının növbəti qurultayı fevralın 27-də açılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG