Qazaxıstan prezidenti Nursultan Nazarbayev acıqlı bir şəkildə şirkət və biznes liderlərindən xarici banklarda saxladıqları milyardlarla dolları Qazaxıstana qaytarmağı tələb edib.
Dekabrın 6-da televiziya ilə etdiyi çıxışda Nazarbayev,“hökumət biznes liderlərini pulları qaytarmağa məcbur edə bilməsə”, bu işə “şəxsən” müdaxilə edəcəyi ilə hədələyib.
Nazarbayev deyib: “Qazaxıstanın 18 şirkəti xarici banklarda 12 milyard dollar saxlayır. Bu pul iqtisadiyyyatımıza kömək edə bilərdi. Sizə bu pulları qazanmaq üçün şəraiti dövlət yaradıb və indi siz bu pulları Qazaxıstandan gizlədirsiniz. Həvəsdir bəsdir!”
Maraqlıdır ki, Nazarbayevin kürəkəni, Atameken milli sahibkarlar palatasının sədri Timur Kulibayev də dekabrın 6-da efirə verilmiş bu proqramda iştirak edirdi. Forbes jurnalına əsasən onun sərvəti 2, 1 milyard dollar civarındadır.
2016-cı ilin mayında Panama sənədləri kimi tanınan çox sayda maliyyə sənədi faş olmuşdu. Bu sənədlərdən Nazarbayevin nəvəsi Nurali Aliyevin də adı çıxmış, onun ofşor hesablarda milyonlarla dollar saxladığı məlum olmuşdu.
Ötən həftə sızmış Cənnət sənədlərindən isə müdafiə naziri Beybit Atamqulov və QazMunaiGaz enerji nəhənginin rəhbəri Sauat Minbayev də daxil bir neçə Qazaxıstan vətəndaşının adları çıxıb.
Nazarbayev bundan əvvəl iki dəfə - 2001 və 2014-cü illərdə gizli kapitalların üzə çıxarılması üçün amnistiya elan edib.
Bu tədbirlərdən məqsəd xaricdə saxlanan pulların Qazaxıstana qaytarılması idi.