Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:53

'Nazarbaev uzağı görməyi bacaran siyasətçilərdəndir'


Nursultan Nazarbaev

«Nursultan Nazarbaev sovet vaxtından qalan az, həm də uzağı görməyi bacaran siyasətçilərdən biridir. Ən azı, qazax xalqını mürəkkəb dönəmlərdə ağır bəlalardan kənar saxlamağı bacardı».

Politoloq Zərdüşt Əlizadə bunu N.Nazarbaev-in Azərbaycana başlamış səfərini şərh edərkən AzadlıqRadiosuna bildirib.

Z.Əlizadə hesab edir ki, N.Nazarbaev MDB məkanında nüfuza malik, öz siyasi xəttində sabitqədəm olmağı bacaran siyasətçilərdəndir.

Ekspert qeyd edib ki, o, bir qayda olaraq, beynəlxalq qurumlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: «Amma N.Nazarbaev-in bu mövqeyi təkcə Azərbaycanı dəstəkləmək məsələsi deyil. O, bununla Qazaxıstana yönələ biləcək təhlükələri görür».

Politoloqun fikrincə, Qazaxıstan prezidentinin bu səfərində, əsasən, qarşılıqlı iqtisadi inkişaf və Qarabağ məsələsi müzakirə edilə bilər.

Z.Əlizadə hesab edir ki, Qazaxıstan neftinin bir hissəsinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarına çıxarılması məsələsi, hələ də, aktualdır: «Bundan başqa, Çinin layihəsi olan «İpək Yolu» layihəsində iştirak məsələsi var. Bir çox dövlətlər, o cümlədən, Rusiya, Türkiyə, bu layihəyə iddialıdır».

Politoloqa görə, Qarabağ məsələsinin müzakirəsi də gündəmindədir, amma burada məsələ çox mürəkkəbdir: «Qərb dünyası hesab edir ki, Qarabağ problemi kimin xeyrinə olursa olsun, həll edilməlidir. Azərbaycan hakimiyyətinin də mövqeyi hamıya məlumdur. Burada təkcə Rusiya problemin həllində maraqlı deyil. Belə ki, Qarabağ məsələsi istər Azərbaycan, istərsə də erməni xalqını «qarmaq»da saxlamaqdan ötrü düşünülmüş alətdir və özü də bu səmərəli alətdir».

Qazaxıstan prezidenti N.Nazarbaev aprelin 2-dən Azərbaycanda səfərdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG