Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Naxçıvanlılar Naxçıvanı tərk edirlər?


Prezident Əliyevin qızlarına şirkət açan vəkil cəzalana bilər
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Doğrudanmı Naxçıvanı tərk edib Türkiyəyə iş dalınca gedənlərin sayı getdikcə artır? Türkiyədəki naxçıvanlıların hansı problemləri var?

55 yaşlı naxçıvanlı mühəndis Elşad Seyid 13 ildir ki, üç uşağı və xanımı ilə birlikdə Türkiyədə yaşayır. Deyir ki, muxtar respublikada iş olmadığı üçün camaat Türkiyiyə axışır və gedənlərin sayı artır. O bildirir ki, Türkiyəyə iş dalınca gedənlərin sənədləri əksər hallarda qaydasında olmur. Çünki qanunla Azərbaycan vətəndaşları bu ölkədə vizasız bir ay qala bilərlər, sonra ölkəyə qayıdıb vizalarını yenilənməlidirlər, çox adam isə bunu etmir, Türkiyədə qalıb qanunsuz işləyirlər:

“İş yoxdur, bilirsiz, iş olsa, heç kim gəlməz bura. Evlərimiz bom-boş qalıb. Burda kimin ki sənədi var, onların uşaqları türk məktəbinə gedir, valideynin sənədi olmayanlar burda azərbaycanlıların açdıqları məktəbə gedirlər. O məktəb isə qanuni orta təhsil sənədi vermir”.

Elşad Seyidin təxminlərinə görə Türkiyədə azı 13 min naxçıvanlı uşaq qanuni təhsil ala bilmir. Onun sözlərinə görə Türkiyədə uzunmüddətli yaşayış icazəsi almaq son aylar çətinləşib, ona görə azərbaycanlılar arasında narahatlıq artıb.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatından belə məlum olur, bu ölkədə saxlanılan azərbaycanlı qanunsuz əmək miqrantlarının sayı artır. Bu artım, Azərbaycanda manatın devalvasiyasından sonrakı dövrə təsadüf edir.

Statistika niyə yoxdur?

İllər üzrə Türkiyədə saxlanan qanunsuz əmək miqrantlarının sayı

2013-cü ildə 903,

2016-cı ildə 1138,

2017-ci ildə, 1693 nəfər olub.

Mənbə: Türkiyə DİN.

Azərbaycan Statistika Komitəsinin məlumatlarında Naxçıvandan Türkiyəyə miqrasiya ilə bağlı məlumata rast gəlinmir. Amma, Statistika Komitəsinə görə, muxtar respublikada əhalinin təbii artımı ilbəil azalır. 2016-cı ildə təbii artım əmsalı hər min nəfərə 10,5 olub, 2010 ildə isə bu rəqəm, iki dəfə çox, təqribən 20 imiş.

İstanbulun Nehrəm kəndi

Azərbaycan Demokratik Partiyasının sədri, əslən naxçıvanlı Sərdar Cəlaloğlu deyir ki, hər dəfə Naxçıvana gedəndə kəndləri daha çox boşalmış görür, adamlar Türkiyəyə üz tutur, hətta İstanbulda nehrəmlilər özlərinə Nehrəm kəndi yaradıblar. Onun sözlərinə görə, muxtar respublikanın 80 faizi oranı tərk edib. Sərdar Cəlaloğlu deyir ki, kişilər iş tapıb gedirlər, qadınlar isə ailə qurub muxtar respublikanı tərk edirlər:

“Azərbaycanın heç bir yerində Naxçıvan qədər İrana, Türkiyəyə ərə gedən yoxdur. Bu, bir demoqrafik problemdir. Bu qızlar ərə gedirsə, deməli, naxçıvandan çıxıb gedirlər. Və onların dünyaya gətirdikləri uşaqlar da Türkiyə vətəndaşlarıdır, Naxçıvan vətəndaşları deyil. Bu da Naxçıvanın əhali artımına cidd təsir edir”.

Naxçıvan həm də ona görə strateji bölgə sayılır ki, buranın Azərbaycanın əsas ərazisi quru sərhədi yoxdur. Naxçıvan Ermənistan, İran və yalnız 11 kilometrlik dar bir zolaqda Türkiyə ilə həmsərhəddir. Buna görə də Naxçıvan Azərbaycan üçün faktiki olaraq blokadada olan ərazidir.

Prezident İlham Əliyev dünən, mayın 16-da muxtar respublikada səfərdə olub, bir neçə orta məktəb, Naxçıvan-Sədərək magistral yolu, Sədərək mərkəzi xəstəxanası və başqa dövlət obyektlərinin açılışında iştirak edib.

“Mənim tanışlarım heç yerə getməyiblər…”

AzadlıqRadiosunun Yeni Azərbaycan Partiyasının üzvləri ilə Naxçıvandakı miqrasiya iddialarını müzakirə etmək cəhdimiz alınmadı, telefon zənglərimizə cavab verən olmadı.

1993-1997-ci illərdə Naxçıvan Ali Məclisində şöbə müdiri olmuş, “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə deyir ki, muxtar respublikadan kütləvi köç barədə iddialar həqiqətə uyğun deyil:

“Mənim tanışlarım heç yerə getməyiblər, ordan köç yoxdur. MR-da müəyyən quruculuq işləri aparılır”.

AzadlıqRadiosu sözü gedən problemə sadə vətandaşların münasibətini öyrənib:

Naxçıvanda hansı problem var?
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Naxçıvan Muxtar Respublikası beynəlxalq hesabatlarda insan haqlarının pozulmasına görə, bir qayda olaraq tənqid olunur. 2014-cü ildə ölkədə vətəndaş cəmiyyətinə qarşı təzyiqlər artan dövrdə müstəqil və tənqidi jurnalistlər də muxtar respublikanı tərk etdilər və bu bölgədən xəbər almaq çətinləşdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG