Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:37

Naxçıvanda yanacağın limitlə satıldığı deyilir


Dizel yanacağı stansiyası
Dizel yanacağı stansiyası

Son günlər Naxçıvan Muxtar Respublikasında (NMR) dizel yanacağının satışına limit qoyulduğu bildirilir.

Limit - cəmi 10 litr dizel

“Turan” Agentliyinin xəbərinə görə, yerli sakinlər bildiriblər ki, bir avtomobilə gündəlik litri 60 qəpikdən 10 litr verilir.

Sürücülər deyirlər ki, dizel yanacağı ehtiyatları tükənir və yanacaqdoldurma məntəqələrində böyük növbə yaranıb.

Buna da bax:​ Benzin istehsalı kəskin azalıb

Sakinlərin deməsinə görə, lakin həmin yanacaqdoldurma məntəqələrində açıq şəkildə dizeli baha qiymətə - 1 litri 77 qəpiyə satırlar. Bunu yanacağın İrandan gətirilməsi ilə izah edirlər. Yerli sakinlərin deməsinə görə, ancaq bu yanacağı da avtomobilin çəni tutduğu həcmdən çox almaq olmur.

Türklərə 1 litr 1 manata satılır

Muxtar Respublika sakinlərinin deməsinə görə, Türkiyə vətəndaşlarına yanacaq tonlarla satılır. Ancaq baha, litri 1 manata.

Buna da bax: Qaçaq dizel daşıyan tanker saxlanıb

Şahidlər agentliyə bildirirlər ki, hər gün Türkiyədən Naxçıvan Muxtar Respublikasına yanacaq almağa yük maşınları gəlir.

Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsindən və digər əlaqəli qurumlardan sakinlərin şikayətinə, hələlik, münasibət almaq mümkün olmayıb.

Azərbaycanda dizel yanacağının litri 60, A-92 benzininin isə 70 qəpiyədir. A-95 isə 80 qəpikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG