Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:02

Naxçıvan büdcəsiz qalıb?


Naxçıvan
Naxçıvan

Muxtar respublika (MR) ilk dəfədir ki, yeni ilə təsdiqlənmiş dövlət büdcəsi olmadan qədəm qoyur.

Qanunvericiliyə əsasən, dövlət büdcəsi yalnız dərc olunandan sonra qüvvəyə minir. Hələlik, nə Naxçıvan MR Ali Məclisinin internet səhifəsində, nə onun rəsmi orqanı sayılan «Şərq qapısı» qəzetində, nə də MR Hüquqi Aktlarının Dövlət Reyestrində həmin qanunun mətni var.

DEPUTATLAR SON DƏFƏ İYULDA BİR ARAYA GƏLİBLƏR

Muxtar respublikanın Ali Məclisi sonuncu dəfə ötən il iyulun 22-də 2015-ci ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləməyə toplaşıb.

Buna da bax-Büdcə: Kimə nə qədər çatacaq?

AzadlıqRadiosu Naxçıvanda 2017-ci ilin dövlət büdcəsinin müzakirə və təsdiqi ilə bağlı anlaşılmaz duruma aydınlıq gətirmək istəsə də, buna nail ola bilməyib. Naxçıvandakı müstəqil mənbələr də durumdan məlumatlı deyil.

BÜDCƏ 3 MİLYON MANAT KƏSİLİB

Naxçıvan MR-in büdcəsi Azərbaycanın icmal büdcəsinin tərkib hissəsidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin açıqladığı dövlət və icmal büdcələrində göstərilir ki, muxtar qurumun 2017-ci ildə gəlir və xərcləri 348 milyon 400 min manat proqnozlaşdırılır. Bu, 2016-cı illə müqayisədə 3 milyon manat və ya 0.8 faiz azdır. Xərclərin 278 milyon 900 min manatı və ya 80.1 faizi Azərbaycanın dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşdırılacaq. Qalan 69 milyon 500 min manat Naxçıvan MR-in öz gəlirləri hesabına təmin ediləcək.

YERLİ GƏLİRLƏRDƏ500 MİN MANAT ARTIM NƏZƏRDƏ TUTULUB

Naxçıvanın 2016-cı il dövlət büdcəsi Ali Məclisin dekabrın 22-də keçirilmiş iclasında təsdiqlənmiş və ertəsi gün yerli rəsmi mediada dərc edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG