Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:50

Naxçıvandakı tələbələr işgəncəyə məruz qalıbmı? (VIDEO)


Türkiyədən Naxçıvana təxliyə edilmiş tələbələrin bir qrupu
Türkiyədən Naxçıvana təxliyə edilmiş tələbələrin bir qrupu

Naxçıvanda hərbi hissədə karantin şəraitindən şikayət edən tələbələr bu gün, martın 27-də müsahibə verməkdən imtina ediblər. Tələbələr onlara danışmamaq barədə göstəriş gəldiyini deyirlər.

İctimai fəal Rüstəm İsmayılbəyli bildirir ki, tələbələrdən aldığı məlumata görə, karantin vəziyyəti ilə bağlı video yayan üç tələbə iki gün saxlandıqdan sonra buraxılıb.

“Vəziyyəti çəkib paylaşmaq istəyən bir tələbə zirzəmiyə salınaraq dəyənəklə döyülüb, ancaq qusandan sonra işgəncə dayanıb. Onlar digər yoldaşları ilə görüşdürülmür. Deyilir ki, fiziki vəziyyətləri çox pisdir və xəbərin yayılmasını istəmədikləri üçün onu gizlədirlər. Bu da deyilir ki, onunla maraqlanmaq istəyən bir tələbə qızı qaranlıq, soyuq bir otağa kilidləyiblər, bir müddət saxlayandan sonra çıxarıblar və təhdid edib buraxıblar”.

Rüstəm İsmayılbəyli deyir ki, indi tələbələr saxlanma şəraitinin nisbətən düzəldiyini deyiblər.

Naxçıvan rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.

Naxçıvanda karantində saxlanan tələbələr işgəncəyə məruz qalıbmı?
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Zahid Oruc təkzib edir

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc AzadlıqRadiosuna deyib ki, işgəncə iddiaları təkzib olunur:

“Nazirlər Kabineti yanında operativ qərargahın rəhbər şəxsləri müəyyən bir araşdırma apardıqdan sonra mənə bildirdilər ki, bu xəbər tam yalnışdır. Bunu, karantin rejiminə daxil olan şəxslərin ilk saatlarda hansısa vəziyyəti ümumi durum kimi qələmə almağın ifadəsi kimi qiymətləndirdilər və bildirdilər ki, hazırda onların şəraiti kifayət qədər yaxşıdır. O cümlədən bildirdilər ki, hansısa vətəndaşımıza, o cümlədən hansısa tələbəyə şiddət göstərilməsi, onlara qarşı cəza tədbirinin həyata keçirilməsinin heç bir əsası yoxdur, onlar bunu tam inkar etdilər”.

Zahid Oruc
Zahid Oruc

"Karantindəki şəraitlə bağlı məlumat yayılması qanunla qadağan deyil"

Zahid Oruc daha sonra deyib:

"Karantin vəziyyətinin yayılması qəti şəkildə qanunla qadağan edilməyib. Ümumiyyətlə hesab edirik ki, istər Konstitusiyada, istərsə də, digər qanunlarımızda pandemiya və epidemiya ilə bağlı müddəalar özünə yer alsa da, bununla bağlı bütün münasibətləri özündə ehtiva edən kompleks hüquqi sənəd ortada mövcud deyil. Ona görə də bir sıra təkliflər mövcuddur ki, ümumən qarşıdakı dövrdə karantin haqda qanun qəbul edilsin".

Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc bunu AzadlıqRadiosuna müsahibəsində deyib.

Deputat:"Karantindəki şərait haqda məlumat yaymaq qanuna zidd deyil
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Bəs vətəndaş karantin vəziyyətindən şikayət edən video çəkib yaya bilərmi? Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, hakimiyyətyönümlü deputat Zahid Oruc AzadlıqRadiosuna müsahibəsində bildirib ki, bu, qanunla qadağan deyil.

Qanuna dəyişiklik edilib

Martın 17-də, Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edib.

Bu dəyişikliyə əsasən isə, informasiya ehtiyatında insanların həyat və sağlamlığına ziyan vurulmasına, əmlak ziyanı törədilməsinə, ictimai təhlükəsizliyin kütləvi surətdə pozulmasına səbəb olan yalan məlumatlar yerləşdirməyə yol verilməməlidir.

Deputat Zahid Oruc bildirir ki, həmin dəyişiklik karantindəki şərait haqda məlumat yaymağı qadağan etmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG