Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Navalny Milli Qvardiya komandanının ‘duel təklifini’ qəbul etdiyini bildirib


Aleksei Navalny
Aleksei Navalny

Rusiya müxalifətinin lideri Aleksei Navalny Rusiya Milli Qvardiyası başçısının “duel” çağırışını qəbul etdiyini bildirib və bu duelin yeri kimi Rusiyanın dövlət telekanallarından birinin canlı efirini təklif edib.

Oktyabrın 18-də bir az məzəli, amma kifayət qədər kəskin videomüraciətində Navalny Rosqvardiyanın direktoru Viktor Zolotova “təşəkkür” edib.

Navalny-nın bu müraciətindən əvvəl keçmiş poladəridən və Vladimir Putinin uzun müddət təhlükəsizlik xidmətinin başçısı olmuş Zolotov rəsmi hərbi geyimdə çəkildiyi videoda müxalifət liderini duelə çağırmış, onu “xurd-xəşil” edəcəyi ilə hədələmişdi.

Həmin vaxt Navalny dəmir barmaqlıqlar arxasında idi. O təşkil etdiyi etiraz aksiyaları ilə bağlı artıq neçənci dəfə idi ki, həbs olunmuşdu.

İndi isə Navalny özünün yazdığı videoda deyir: “Mən sizin çağırışınızı qəbul edir və bizim duelimizin yeri kimi dövlət telekanalının canlı efirində debat təklifi edirəm”.

"Bizim duelimiz 1-ci, 2-ci və ya hər hansı federal telekanalda olacaq”.

Navalny-nın bu videosunda habelə “Ulduz Müharibələri” filminin qəhrəmanlarının obrazlarından, Mickey Mouse və mərhum təkbətək döyüş ulduzu Bruce Lee-nin görüntülərindən istifadə olunub.

Navalny Zolotova cavab üçün bir həftə vaxt verib.

Navalny Zolotovu və Putin administrasiyasını dəfələrlə tənqid edib.

O bildirıb ki, Zolotovun duel çağırışı Rusiyada “qeyri-adekvat və divanə” adamların hakimiyyətdə olduğunu isbat edir.

Navalny bildirir ki, Zolotov və Putin Rusiyanı “banan respublikasına” çeviriblər.

Navalny öz tənqidi videolarında Moskva və Rusiyanın başqa regionlarında Zolotov və onun ailə üzvlərinə məxsus olduğu iddia edilən imarətlərin görüntülərini verib. Navalny bu mülklərin “oğurluq pulla” alındığını iddia edir.

Buna cavab olaraq sentyabrda yaydığı videoda Zolotov Navalny və Putinin başqa tənqidçilərinin “çürümüş, paslanmış və aşılanmış” adamlar olduğunu söyləmişdi. O iddia edirdi ki, bu adamlar üçün vətən anlayışı yoxdur.

Zolotov videoda deyirdi: “Mən sadəcə olaraq səni rinqdə, cüdo tatamisi üzərində və ya hər hansı başqa yerdə duelə çağırıram”.

Navalny-nın cavab videosuna Milli Qvardiya rəhbərinin münasibəti hələlik məlum deyil.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG