Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:31

Rusiya Milli Qvardiyasının başçısı müxalifətçini ‘duelə’ çağırır


Viktor Zolotov
Viktor Zolotov

Rusiya Milli Qvardiyasının rəhbəri müxalifət lideri Aleksei Navalny-nı “qılınc götürüb onunla duelə çıxmağa” çağırıb.

Bundan az əvvəl Navalny qvardiyanı milyardlarla rublluq korrupsiyada ittiham etmişdi.

Özünün 7 dəqiqəlik YouTube klipində Rosqvardiyanın rəhbəri Viktor Zolotov hazırda həbsxanada olan Navany-nı “qiymələyəcəyini” deyir:

"Mən sadəcə olaraq səni rinqdə, cüdo xalçası üstündə, hər hansı başqa yerdə duelə çağırıram. Mən vəd edirəm ki, səni çəkilmiş ətə çevirəcəyəm”.

Keçmiş poladəridən və uzun illər prezident Vladimir Putinin təhlükəsizlik xidmətinə başçılıq etmiş Zolotov Navalny-nı ona böhtan atmaqda ittiham edir:

Navalny-nın Antikorrupsiya Fondu ötən ay Milli Qvardiyanı təchizat müqavilələri vasitəsilə 29 milyon dolları mənimsəməkdə ittiham edib.

Sentyabrın 11-də bu ittihama cavab verən Zolotov duel ənənəsinin unudulduğuna təəssüflənir və yumruğunu kameraya dirəyərək Navalny-nı təkbətək döyüşə çağırır.

Həm də Rusiya Təhlükəsizlik Şurasının üzvü olan Zolotov Milli Qvardiyada “korrupsiya ilə bağlı qüsurların” olduğunu etiraf edir və deyir ki, bu çatışmazlıqlar aradan qaldırılır.

Zolotovun video klipi barədə suala cavab verərkən Kremlin sözçüsü Dmitry Peskov Zolotovun “motivlərini yaxşı anladığını” deyib:

"Bilirsinizmi, bəzən həyasız böhtana qarşı bütün mümkün metodlardan istifadə etmək lazım gəlir. Ortalıqda həyasız böhtan olanda bu qanun pozuntusuna çevrilir və belə böhtanın kökünü kəsmək lazımdır”.

Peskov bunu da əlavə edib ki, Putin bundan əvvəl Zolotovun bəyanatlarına “xeyir-dua verməyib” və o bu kimi bəyanatların hədə olmadığını düşünür.

Lakin bir çox başqaları Zolotovun bəyanatını kəskin tənqid ediblər.

Putinin qatı tənqidçilərindən olan blogger Rustem Adagamov Twitter-də yazır ki, “dəmir barmaqlıqlar arxasında olan adamı duelə çağırmaq cəngavərlikdən deyil”.

"Dəmir barmaqlıqlar arxasında olan bir adamı duelə çağırmaq, üstəlik də zabit şərəfindən danışmaq ağlasığmazdır. Əsl qvardiyaçıdır. Daha sözüm yoxdur”.

Navalny-nın təşkilatı avqustun 23-də Milli Qvardiyanın rəhbərliyini meyvə-tərəvəz təchizatı əsnasında pul mənimsəməkdə ittiham etmişdi.

Bundan başqa Navalny pensiya yaşının artırılması planları ilə bağlı sentyabrın 9-da ölkə boyunca etiraz mitinqlərinə çağırmışdı. Polis həmin aksiyaları zorakılıqla yatırmağa çalışırdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG