Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:56

Rusya Federal Təhlükəsizlik Xidmətinin 7 əməkdaşına qarşı sanksiyalar tətbiq edildi


Alüksey Navalny Omsk xəstəxanasında 22 avqust, 2020
Alüksey Navalny Omsk xəstəxanasında 22 avqust, 2020

Reüters agentliyi, Aleksei Aleksandrov, Vladimir Panyaev, İvan Osipov, Vladimir Boqdanov, Kiril Vasilyev, Stanislav Mashhakov və Aleksei Sedovun Britaniyadakı bank hesablarının dondurulduğunu bildirir

Böyük Britaniya Rusya Federal Təhlükəsizlik Xidmətinin 7 əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

AzadlıqRadiosu Rusiya xidmətinin avqustun 20-də verdiyi məlumata görə, onlar müxalifət lideri Aleksei Navalny-nın zəhərlənməsində iştirakda ittiham olunurlar.

Avqustun 20-də Navalny-nın zəhərlənməsinin düz 1 ili tamam olur.

Reüters agentliyi, Aleksei Aleksandrov, Vladimir Panyaev, İvan Osipov, Vladimir Boqdanov, Kiril Vasilyev, Stanislav Mashhakov və Aleksei Sedovun Britaniyadakı bank hesablarının dondurulduğunu bildirir.

General Kiril Vasiliev Rusya Federal Təhlükəsizlik Xidmətinin Krimnalogiya İnstitutunun, general -polkovnik Sedov isə Konstitusiya Sisteminin Qorunması və Terrorla Mübarizə Xidmətinin rəhbəridir. Vladimir Bogdanovsa Xüsusi Texnikalar Mərkəzinə başçılıq edir.

Bu şəxlərin adı, Bellingcat-ın ötən ilin dekabrında apardığı istintaq işində keçir. Araşdırmada, onların bir neçə il Navalny izlədikləri bildirilir.

Navalnının zəhərləndi güman edilən an, onların bəzilərinin Tomskda olduqları bildirilir.

Reüters yazır ki, bu siyahıya adları düşənlər, hələlik ona münasibət bildirməyiblər.

Böyük Britaniya, Avropa Birliyi və ABŞ bundan əvvəl Navalny-nın zəhərlənməsi ilə bağlı, bir sıra Rusiya məmurları və generallarına qarşı sanksiyalar tətbiq ediblər.

Aleksey Navalny düz bir il əvvəl, avqustun 20-də Tomskdan Moskvaya uçarkən halı pisləşdiyindən, Omskdakə xəstəxanaya yerləşdirildi və komaya düşdü.

Bir neçə gün sonra qohumlarının təkidi ilə o, müalicə üçün Berlinə aparıldı. Almaniya, Fransa və İsveçdəki üç hərbi laboratoriya sonradan Aleksey Navalnının təhlükəli “Novichok” maaddəsi ilə zəhərrləndiyi qənaətinə gəldilər.

Amma Rusiya hakimiyyəti təkid edir ki, Navalnı Berlinə aparılmazdan əvvəl bədənində heç bir zəhərli maddə aşkar edilməyib.

Kremlin sözçüsü Dmitri Peskov dəfələrlə Moskvanın, bu məsələ ilə bağlı Almaniya ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu bəyan edib.

Aleksey Navalny isə deyir ki, onun həyatına qəsd cəhdinin arxasında birbaşa Rusiya prezidenti Vladimir Putin durur.

Kreml bunu qəti şəkildə rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG