Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Navalny-nın nümayəndəsinin namizədliyi bərpa olunub


Aleksandr Shurshev
Aleksandr Shurshev

Sankt Peterburq şəhər məhkəməsi rayon məhkəməsinin qərarını ləğv edərək müxalifət lideri Aleksey Navalny-nın yerli qərargahının başçısı Aleksandr Shurshev-in şəhər duması seçkisində namizədliyini bərpa edib.

Bu barədə məlumatı Sankt Peterburq məhkəmələrinin vahid mətbuat xidməti yayıb.

Shurshev-in namizədliyini bir neçə başqa müxalifət nümayəndələri ilə birlikdə avqustun 15-də ləğv etmişdilər.

Müxalifətçilərin seçkidən çıxarılması barədə məhkəmə iddiasını hakim Vahid Rusiya partiyasının deputatı Ivan Bandurin vermişdi.

Onun iddia ərazəsində deyilirdi ki, müxalifət nümayəndələri lazımi sənədləri iyunun 30-dək deyil, bir gün sonra təqdim ediblər.

Vahid Rusiya nümayəndələri deyirdilər ki, seçki komissiyası müxalifət nümayəndələrinin namizədliyini qeydə almaqla, vətəndaşların hüquq bərabərliyi prinsipini pozub.

Sankt Peterburq bələdiyyəsinə seçkilər Moksvada olduğu kimi sentyabrın 8-də keçiriləcək.

Bu seçki zamanı şəhərin qubernatoru da seçilməlidir.

Moskvada etiraz aksiyaları iyulun əvvəllərindən davam edir. Bu Moskva seçki komissiyasının müxalifət nümayəndələrinin namizədliyini qeydiyyata almaqdan imtina etməsi ilə bağlıdır.

İyulun 27-də və avqustun 3-də müxalifətin Moskvanın mərkəzində keçirdiyi aksiyalar polis və Rosqvardiya tərəfindən sərtliklə dağıdılıb.

27 iyul aksiyasından sonra 1300, avqustun 3-də sə 1001 etirazçı saxlanmışdı.

Bu da xəbər verilir ki, polis və Rusiya Qvardiyası aksiyaçıları saxlayarkən qəddarlıqla hərəkət edib və saxlananlara fiziki güc tətbiq olunub.

Bundan başqa qeydiyyatından imtina edilmiş namizədlərə qarşı cinayət işləri qaldırılıb.

İlya Yashin, Dmitry Gudkov, Yulia Galyamina, Konstantin Yankauskas da daxil bir çox namizədlər həbsdə bir aydan çox saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG