Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Navalny komadan çıxarılıb


Aleksei Navalny
Aleksei Navalny

Almaniyadakı Charite xəstəxanası bildirir ki, Rusiya müxalifətinin liderlərindən Aleksei Navalny-nın vəziyyəti yaxşılaşıb və o danışıqlara reaksiya verir.

Xəstəxananın sentyabrın 7-də verdiyi məlumatda deyilir ki, 44 yaşı Navalny süni tibbi koma vəziyyətindən və süni tənəffüs aparatından çıxarılıb.

Lakin bəyanatda bu da bildirilir ki, Navalny-nın zəhərlənmədən çəkəcəyi uzunmüddətli fəsadlar barədə hələlik dəqiq nəsə demək mümkün deyil.

Rusiya prezidenti Vladimir Putinin qatı tənqidçisi olan Navalny Sibirdə zəhərləndikdən sonra təcili qaydada Almaniyaya gətirilib.

Almaniya hıəkimləri bildirirlər ki, Navalny sovet zamanından qalma Noviçok hərbi təyinatlı kimyəvi maddəsi ilə zəhərlənib.

Rusiyaya sanksiyalar qoyula bilər

ABŞ, Britaniya və Almaniya Rusiyadan Navalny-nın zəhərlənməsi ilə bağlı insidentin araşdırılmasını istəyiblər.

Britaniyanın xarici işlər naziri Dominic Raab Londonun hadisə ilə bağlı narahatlığını bildirmək üçün Rusiyanın bu ölkədəki səfirini sentyabrın 7-də nazirliyə dəvət edib.

Raab Twitter-də yazıb:

“Qadağan olunmuş kimyəvi silahdan istifadə tamamilə qeyri-məqbuldur və Rusiya tam, şəffaf təhqiqat aparmağa borcludur”.

Rusiya hakimiyyət orqanları Aleksei Navalny-nın zəhərlənməsi ilə bağlı cinayət işi açmaq istəmir.

Hökumət bildirir ki, Navalny-nın bədənində heç bir zəhər tapılmayıb.

Kreml habelə Navalny-nın ailəsinin və tərəfdarlarının bu zəhərlənmənin arxasında Rusiya hökumətinin dayandığına dair iddialarını rədd edir.

Sentyabrın 5-də Rusiyanın aparıcı terapevtlərindən Leonid Roshal demişdi ki, Rusiya Tibb Palatası Almaniyanın Terapevtlər Şurasına Navalny-nın səhhətinin qiymətləndirilməsi üçün birgə qrupun yaradılmasına çağırıb.

Bunun ertəsi gün Navalny-nın xanımı Yulia Navalnaya 87 yaşlı Roshal-ı prezident Putininin əlaltısı adlandırmışdı.

Almaniya bildirib ki, əgər Moskva bu zəhərlənmə insidenti ilə bağlı rəsmi cavab verməsə Rusiyanın üzərinə sanksiyalar qoyulacağını istisna etmir.

Bu sanksiyalara habelə Rusiyadan Almaniyaya çəkilən qaz kəmərindən imtina da daxil ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG