Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:45

ATƏT Navalny-nın saytının bloklanmasından narahatdır


Navalny-nın Deripaska haqda videosu
Navalny-nın Deripaska haqda videosu

ATƏT rusiyalı müxalifətçi Aleksei Navalny-nın saytına çıxışın bloklanmasından narahatdır.

Bunu təşkilatın media azadlığı üzrə nümayəndəsi Harlem Desir özünün “Tvitter” hesabında yazır.

Qeyd edk ki, Navalny bu günlərdə rusiyalı oliqarx Oleg Deripasa barədə araşdırma yaydıqdan sonra Rusiya hakimiyyəti həmin səhifəni və ordakı videomaterialı qadağan edilmiş informasiyalar siyahısına salıb.

Söhbət milyarder Oleg Deripaska ilə baş nazirin müavini Sergei Prikhodko arasında iddia olunan görüşdən gedir. Prikhodko prezident Vladimir Putin-in keçmiş baş müşaviridir.

Harlem Desir
Harlem Desir

“Navalny.com saytının “Roskomnadzor “tərəfindən bu araşdırmaya görə bloklanmasını narahatlıqla izləyirik. Şəxsi informasiyanın müdafiəsindən, ictimai maraq kəsb edən məsələlərin işıqlandırılmasını əngəlləməkdə və ya veb-saytın tam bloklanmasında əsas kimi istifadə etmək olmaz”, Harlem Desir yazır.

Azadlıq Radiosu Rusiya xidmətinin məlumatına görə, “Roskomnadzor” həmçinin “Google” şirkətindən, məhkəmənin qərarında nəzərdə tutulduğu kimi həmin materialların YouTube-dan da çıxarılmasını gözləyir.

Buna da bax: Seks, yalanlar və Instagram: Rusiyada “Rıbkageyt” davam edir

Qeyd edək ki, Deripaska buna görə, Navalny-nı məhkəməyə verib.

Navalny həmin materialın Putin və onun yaxın ətrafında korrupsiyanın göstəricisi hesab edir.

Həmin hesabatdakı video və fotoları isə 21 yaşlı belaruslu qadın Nastya Rybka-nın sosial mediadakı səhifəsindən götürülüb.

Həmin materiallarda Deripaska və Prixodkonun yaxtada bir yerdə olduqları görünür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG