Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:26

Navalnı Putini məhkəməyə vermək istəyir


Aleksey Navalnı
Aleksey Navalnı

Rusiya müxalifəti liderlərindən Aleksey Navalnı prezident Vladimir Putini onun təbirincə deyilsə siyasətçinin 2018-ci il seçki kampaniyasını əlaqələndirilmiş səylərlə əngəlləməkdə ittiham edib və bildirib ki, o Rusiya prezidentini buna görə məhkəməyə verəcək.

Navalnı noyabrın 1-də özünün internet saytında yazıb ki, Rusiya boyunca rəsmilər onun və komandasının ictimaiyyətlə görüşlər keçirməsinə mane olurlar.

Müxalifətçi bildirib ki, bütün bunlar şəxsən prezident Putin tərəfindən idarə olunur. O deyib ki, Putin onun təşkil etdiyi aksiyalara qatılan insanların sayından narahat olub.

O deyib ki, onun komandası rəsmi orqanlarından icazə alınmasına lüzum qoymamaq üçün görüşlərini şəxsi ərazilərdə keçirəcək.

Rusiya rəsmiləri Navalnının üzərində olan cinayət məsuliyyətinə görə onun seçkidə iştirakının mümkün olmadğını bildiriblər.

Rusiyaya 18 ildir rəhbərlik edən Putin 2018-ci il seçkisində iştirak edəcəyini hələlik rəsmən bəyan etməyib. Lakin onun 4-cü müddət prezidentlik üçün seçki yarışına qatılacağı gözlənilir.

Təhlilçilər bildirirlər ki, bu seçkidə də Putinin inamlı qələbəsi təmin ediləcək.

Navalnı 2013-cü ildə Moskva meri vəzifəsinə seçkidə səslərin 27 faizinə sahib ola bilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG