Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:06

Navalnı müharibə veteranına 850 min rubl ödəyir


Navalnı məhkəmədə, fevral, 2021
Navalnı məhkəmədə, fevral, 2021

Navalnı 2020-ci ilin iyununda sosial mediada postunda videoya çəkilmiş şəxsləri “satqınlar”, “vicdansız adamlar”, “korrupsioner yaltaqlar” adlandırıb

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı 2-ci Dünya Müharibəsi veteranına qarşı böhtan işi ilə əlaqədar 850 min rubl (11 min 500 dollar) cərimə ödəyib. Məlumatı işə baxmış Moskva məhkəməsi dekabrın 2-də yayıb.

Kampaniya

Navalnı veterana böhtan atmaqda ittiham olunub. Veteran ötən il konstitusiya dəyişikliklərinə dəstək videosunda çəkilmişdi. Həmin dəyişikliklər Prezident Vladimir Putinin 2024-cü ildən sonra daha iki müddət prezident olmasına yol açıb.

Navalnı 2020-ci ilin iyununda sosial mediada postunda videoya çəkilmiş şəxsləri “satqınlar”, “vicdansız adamlar”, “korrupsioner yaltaqlar” adlandırıb.

Rusiya İstintaq Komitəsi bu fikirlərdə 2-ci Dünya Müharibəsi veteranı İqnat Artyomenkonun “şərəf və ləyaqətini alçaldan bilərəkdən saxta informasiya” olduğunu bildirib.

Putinin tənqidçisi olan Navalnı işi siyasi motivli, Kreml tərəfindən onun gözdən salınmasını hədəfləyən kampaniya adlandırıb.

Cərimə tam ödənib

Fevralda keçirilən məhkəmədə Navalnı hakim Vera Akimovanı “Cinayət Məcəlləsini zəif bilməkdə” suçlayıb.

Akimova isə onu böhtanda təqsirli bilib, cərimə kəsib. Moskvadakı Babuşkinski məhkəməsi dekabrın 2-də Navalnının cəriməni tam ödədiyini açıqlayıb.

Navalnı hazırda 2014-cü il mənimsəmə işinə görə kəsilmiş şərti cəzanın qaydalarını pozmağa görə 2 il 8 ay həbs cəzası çəkir. Həmin iş də siyasi motivli hesab olunub.

Ötən ilin avqustunda Sibirdə zəhərlənmiş Navalnı Almaniyada müalicə olunub. Bu ilin yanvarında Rusiyaya qayıdarkən aeroportda saxlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG