Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:52

Navalnının zəhərlənməsinə görə Rusiyaya yeni sanksiyalar gözlənir


İsveçrədə Bayden-Putin sammitindən öncə Navalnının portreti görünüb
İsveçrədə Bayden-Putin sammitindən öncə Navalnının portreti görünüb

Antonov iyunun 20-də Moskvadan Vaşinqtona yola düşüb. Sallivanın qayıdacağı tarix isə açıqlanmayıb

Birləşmiş Ştatlar Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsinə görə Rusiyaya yeni sanksiyalar hazırlayır. Bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan iyunun 20-də deyib.

“Bu işdə də tətbiq olunacaq daha bir sanksiya paketi hazırlayırıq”, – Sallivan CNN-ə deyib.

Sonra da kimyəvi silahlara görə sanksiyalar olacaq

Onun sözlərinə görə, ABŞ düzgün qurumların hədəfə alınmasından əmin olandan sonra sanksiyalar tətbiq olunacaq.

“Bundan sonra kimyəvi silahlara görə əlavə sanksiyalar tətbiq edəcəyik”, – Sallivan vurğulayıb.

Navalnı bu ilin əvvəlində Almaniyadan Rusiyaya qayıdarkən saxlanıb. O, ötən avqustda Sibirdə sovet dövrü sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə olunurdu. Navalnı hücuma görə birbaşa Putini ittiham edib, Kreml isə iddianı rədd edib.

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə ötən həftəki sammitində insan haqlarının həmişə masada olacağını, bu məsələni, eləcə də Navalnının həbsini qaldıracağını deyib.

Baydenin sözlərinə görə, o həm də Putinə Navalnının həbsxanada mümkün ölümünün fəsadları haqda xəbərdarlıq edib, bu fəsadların “Rusiya üçün dağıdıcı” olacağını deyib.

Səfirlər qayıdır

Bayden administrasiyası martda Rusiyanın yeddi aparıcı rəsmisinə sanksiyalar açıqlayıb. Eyni vaxtda Avropa Birliyi də Rusiyanın aparıcı rəsmilərinə sanksiyalar elan edib.

Rusiya buna qəzəbli reaksiya verərək “tamamilə qəbuledilməz” adlandırıb, ölkənin ABŞ və AB ilə onsuz da pis durumda olan münasibətlərinə dağıdıcı təsir göstərəcəyini deyib.

Bayden martda Putinin “qatil” olmasına inandığını deyəndən sonra Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov geri çağrıldı.

Apreldə münasibətlər daha da pisləşdi, Birləşmiş Ştatlar Rusiyanın onlarla fərdi və qurumuna sanksiyalar açıqladı, Rusiyanın 10 diplomatını ölkədən çıxardı.

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan da məsləhətləşmələr üçün Birləşmiş Ştatlara qayıtdı.

16 iyun sammitindən sonra liderlər səfirlərin tezliklə postlarına qayıdacağını açıqlayıblar.

Antonov iyunun 20-də Moskvadan Vaşinqtona yola düşüb. Sallivanın qayıdacağı tarix isə açıqlanmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG