Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 13:31

Navalnının LIVE kanalının keçmiş prodüseri saxlanıb


Aleksey Yakovlev və aparıcı Polina Arkatova
Aleksey Yakovlev və aparıcı Polina Arkatova

Rəy sorğuları hakim Vahid Rusiya partiyasına dəstəyin azaldığını göstərdiyi bir vaxtda hakimiyyət sentyabrda parlament seçkisi öncəsi narazılara təzyiqi artırır

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının Navalny LIVE YouTube kanalının keçmiş prodüseri Aleksey Yakovlev Moskvanın Şeremetyevo aeroportunda saxlanıb.

4.8 milyon dollar

Yakovlevin vəkili Sergey Telnov iyunun 30-da deyib ki, müvəkkili həmin gün Moskvaya enən təyyarədə saxlanıb, naməlum dələduzluq işində şahid kimi dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

Dekabrın sonunda İstintaq Komitəsi Navalnıya qarşı yeni cinayət işi açıb. O və müttəfiqləri donorlar və tərəfdarların Antikorrupsiya Fonduna (FBK) ianə etdiyi 4.8 milyon dollardan sui-istifadədə şübhəli bilinir.

Yakovlevin saxlanmasından bir gün öncə isə Rusiya FBK direktoru, hazırda Litvada yaşayan İvan Jdanovu axtarış siyahısına salıb, ona qarşı işin detallarını Interpol-la paylaşıb.

FBK son on ildə hökumətin aparıcı rəsmilərini hədəf götürüb, onlara qarşı korrupsiya iddialarının yer aldığı videolar Navalny LIVE kanalında paylaşılıb.

“Smart səsvermə”

Rəy sorğuları hakim Vahid Rusiya partiyasına dəstəyin azaldığını göstərdiyi bir vaxtda hakimiyyət sentyabrda parlament seçkisi öncəsi narazılara təzyiqi artırır.

Navalnının siyasi şəbəkəsi “smart səsvermə” strategiyasının gerçəkləşməsində böyük rol oynayıb. Layihənin məqsədi Kremlə bağlı fiqurları məğlub edə biləcək namizədlərin təbliğidir.

İyunun 9-da Rusiyada məhkəmə FBK-nın və Navalnıya bağlı digər təşkilatların “ekstremist” hesab olunmasına dair prokurorların vəsatətini təmin edib.

Moskva Şəhər Məhkəməsinin bu qərarı FBK-ya və onun Rusiyadakı regional ofislərinə bağlı şəxslərin dövlət qulluğunda çalışmasını yasaqlayır.

Bu qurumlarla işləmiş fəallar üçünsə uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

XS
SM
MD
LG