Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:38

Navalny-ya 30 sutka verdilər


Aleksei Navalny

Moskva məhkəməsi müxalifət lideri Aleksei Navalny-nı prezident Vladimir Putinə qarşı etiraz aksiyalarını təşkil etdiyinə və bu zaman qanunu dəfələrlə pozduğuna görə 30 gün müddətinə azadlıqdan məhrum edib.

Tver rayon məhkəməsinin mayın 15-də çıxardığı hökmdə deyilir ki, Navalny ictimai toplaşmaları tənzimləyən qanunu pozub.

Məhkıəmə Navalny barəsində ikinci ittiham üzrə də hökm verməlidir. Navalny həm də polisin əmrlərinə tabe olmamaqda ittiham edilir. Bu inzibati xəta üzrə də ona daha 15 sutka cəza verilə bilər.

Navalny mayın 5-də bütün Rusiya boyunca anti-Putin aksiyalarının gedişində Moskvada keçirilən nümayişdə həbs olunmuşdu.

Lakin o vaxt Navalny sərbəst buraxılmış, Moskvadan çıxmayacağına dair iltizam imzalamışdı.

Navalny bu barədə Tvitterdə yazıb: “Onlar mənə 30 sutka verdilər. Dinləmə davam edir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG