Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:36

Tarantinonun ssenarisini yazdığı, amma izləmədiyi film


"Natural Born Killers" filmindən kadr
"Natural Born Killers" filmindən kadr

"No Film School" portalı yazır ki, Kventin Tarantino tanınmış rejissor və ssenarist olmazdan əvvəl, sadəcə, Hollivuda düşməyə çalışan adi oğlan idi. O zamanlar Tarantino insanların diqqətini cəlb etmək üçün bir neçə ssenarisini paylayıb. Onlardan biri "Natural Born Killers" (Anadangəlmə qatillər) filminin ssenarisidir. Bu, bir-birinə aşiq olan gənc qatil cütlüyün hekayəsidir. Ssenari "Warner Bros." studiyasına satılıb. Studiya isə, öz növbəsində, onun əsasında film çəkməyi Oliver Stouna həvalə edib. Ancaq Tarantino bu günə qədər Stounun çəkdiyi filmə əvvəldən axıradək baxmayıb.

"Sən onu oxuyanda filmi görürdün"

Tarantino yazıçı Brayan Koppelmanla birlikdə podkastda söhbət zamanı etiraf edib. Koppelmanın özü də Stounun Tarantinonun ssenarisinin başına açdığı oyunu bəyənmədiyini deyib.

Tarantino filmə tam baxıb-baxmadığı haqda suala belə cavab verib: "Yox, qətiyyən yox. Yəni, əvvəldən axıra qədər baxmamışam".

Koppelman Tarantinonun ssenarisini filmi görməzdən iki il əvvəl oxuduğunu, ssenarinin onun üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Ancaq bildirib ki, dahi saydığı, filmlərini çox sevdiyi Oliver Stounun ssenarinin əhəmiyyətini yanlış anlaması ona çox pis təsir edib.

Kventin Tarantino
Kventin Tarantino

"O ssenarinin xüsusiyyətlərindən biri odur ki, mən onu kağız üzərində yaratmağa çalışmışam. Sən onu oxuyanda filmi görürdün. …Niyə Oliver Stoun bunun, heç olmasa, yarısını etməyib? Bu iş onun üçün hazır görülmüşdü!", – Tarantino deyib.

Hekayənin məğzi

Tarantino Stounun hekayənin məğzini anlamadığını deyir. "Hekayənin məğzi isə odur ki, onlar qeyri-təbii olaraq bir-biri üçün, ancaq Yer üzündəki bütün başqa insanların hesabına yaşayırlar", –Tarantino əlavə edib.

Stounsa 2019-cu ildə "IndieWire"ə müsahibəsində belə deyib: "Kventin Tarantino] orijinal ssenarini yazıb, biz də almışıq. Bütün işlər qanuni görülüb, çoxlu pul ödənilib. Onun fikrinə gəlincə, film ona maraqlı deyildi. Ancaq mən heç bilmirəm, o, filmi görübmü. O, hər yerdə deyirdi ki, bunu düzgün hesab etmir. Ancaq bu, mənim fikir edəcəyim çoxsaylı problemlərdən, sadəcə, biri idi. Heç nəyə baxmayaraq, biz yaxşı iş görmüşük".

Oliver Stoun
Oliver Stoun

Ssenarinin ruhu dəyişdirilib?

Tarantinonun hətta ilk vaxtlarda öz adını filmin titrlərindən götürtməyə çalışdığı deyilir. Onun bu mənfi münasibəti Tim Rot Stiv Buşeminin bu filmlərdəki rollardan imtina etməsinə səbəb olub. Tarantino pərəstişkarlarını da bu filmə baxmaqdan çəkindirirmiş. Bu da azmış kimi, sonradan filmin yaradıcılarının etirazına baxmayaraq, öz orijinal ssenarisini kitab şəklində nəşr etdirib.

"Natural Born Killers" filmində Stoun qanunun olmadığı, vəhşi və əxlaqsız cəmiyyəti təsvir edib. Bu cəmiyyətdə hər şey şou və şöhrət üçün alətə çevrilir. Miki Noks (Vudi Harrelson) və arvadı Mellori (Culyett Lüis) belə bir cəmiyyətin törəmələridir. Onlar istənilən PR-ın yaxşı PR olduğuna inananlardandırlar. Filmin qəhrəmanlarını smartfon, sürətli internet və çox güclü kameralarını daim əlində hazır tutan, özünə çox aludə olan müasir nəsillə müqayisə edənlər də var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG