Bu gün, fevralın 6-da NATO-nun Avropadakı Ali Komandanı Tod D. Wolters və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valery Gerasimov görüşüb. Görüş Bakıda keçirilib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə böhranlı regionlardakı vəziyyət və strateji sabitlik barəsində fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin, tərəflər arasında hərbi fəaliyyət zamanı baş verə biləcək insidentlərin qarşısının alınması üçün addımlar müzakirə olunub.
Bu görüşlərdən əvvəl isə onların hər ikisini Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Bu qəbullarda da əməkdaşlıq məsələlərindən bəhs edilib.
Son illər NATO ve Rusiya silahlı qüvvələrinin komandanları bir neçə dəfə Bakıda görüşüblər.