Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

NATO Rusiyadan Ukrayna gəmilərinin və dənizçilərinin buraxılmasını tələb edir


Jens Stoltenberg
Jens Stoltenberg

NATO rəhbəri Rusiyadan Azov dənizində baş vermiş hərbi qarşıdurma zamanı həbs edilmiş Ukrayna gəmilərinin və dənizçilərinin azad olunmasını tələb edib.

Bu arada Rusiya prezidenti Vladimir Putinin sözçüsü Moskvanın Rusiyanı Krımla birləşdirəcək “quru dəhlizinin “ açılmasına çalışdığı barədə iddiaları rədd dib.

NATO-nun baş katibi Jens Stoltenberg və Kremlin sözçüsü Dmitri Peskov bu bəyanatları dekarın 3-də veriblər. Rusiya Ukraynanın üç gəmisini və onların heyətlərini hələ də həbsdə saxlamaqda davam edir.

Stoltenberg bu barədə NATO xarici işlər nazirlərinin görüşünə iki gün qalmış danışıb: “Rusiya bu yaxınlarda Kerç boğazında Ukrayna gəmilərini və dənizçilərini həbs edib. Belə hallarda güc tətbiq edilməsinə haqq qazandırıla bilməz. Biz sakitliyə və təmkinə çağırıq. Rusiya Ukrayna gəmilərini və dənizçilərini azad etməlidir”.

O əlavə edib ki, Rusiya “Azov dənizində naviqasiya azadlığına və Ukrayna portlarına girişə əngəl törətməməlidir”.

Ukrayna dənizçiləri noyabrın 25-də Rusiya sahil keçikçiləri tərəfindən həbs edilib
Ukrayna dənizçiləri noyabrın 25-də Rusiya sahil keçikçiləri tərəfindən həbs edilib

Rusiya Ukraynanın 3 gəmisini və onların ekipajlarını noyabrın 25-də həbs edib. Gəmilərin saxlanması zamanı Rusiya sahil keşikçiləri gəmilərə atəş açmış, onlardan birini taran etmişlər.

Rusiya hazırda Ukraynanın şərqindəki moskvayönlü separatçıların vasitəsilə Luhansk və Donetsk regionlarına nəzarət edir. Bu regionları Rusiyanın 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krımla bir-birindən Ukraynanın nəzarətində olan kiçik Mariupol limanı ayırır.

Ukrayna tərəfi son zamanlar Moskvanın bu kiçik torpaq ərazisini separatçıların əli ilə zəbt etmək cəhdlərindən həyəcan təbili çalır. Lakin Kremlin sözçüsü Dmitry Peskov bu iddiaları rədd edib:

"Bu, tamamilə cəfəng iddialardır. Bu, daha bir gərginlik yaratmaq cəhdidir. Təəssüf ki, martın 31-ə təyin edilmiş Ukrayna prezident seçkiləri yaxınlaşdıqca biz belə iddiaları eşitməkdə davam edəcəyik.”

Peskov iddia edib ki, “Rusiya heç yerə müdaxilə etməyib və heç yerdə dəhliz yaradılmasına çalışmayıb”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG