Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:52

NATO Macarıstan və Ukraynanı aralarındakı ‘dil mübahisəsini’ çözməyə çağırıb


NATO-nun baş katibi Jens Stoltenberg
NATO-nun baş katibi Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg və Birləşmiş Ştatlar Budapeşt və Kiyevi aralarında Ukraynanın etnik azlıqların dili haqqında yeni qanunundan doğan ixtilafı çözməyə çağırıblar.Bu mübahisəyə görə Macarıstan bu həftə NATO nazirlərinin UKrayna nümayəndələri ilə görüşünü bloklayıb.

Stoltenberg fevralın 13-də deyib ki, o, Ukrayna və Macarıstanın liderlərini bu mübahisədən “çıxış yolu tapmağa” çağırıb.

Ukraynanın yeni qanunu etnik azlıqların, o cümlədən macar azlığının ana dilinin məktəblərdə tədirisinə məhdudiyyət qoyur.

NATO müdafiə nazirlərinin fevralın 14-15-də Brüsseldə keçirilən görüşündən əvvəl Stoltenberg deyib ki, “biz dil qanunu ilə bağlı yaranmış çətinliyi başa düşürük”.

O deyib ki, Kiyev və Budapeşti “azlıqların öz dillərini öyrənmək haqqı və dövlətin dövlət dilini öyrətmək haqqı arasında balans tapmağa” dəvət edib.

Stoltenberg bildirib ki, NATO nazirlərinin Ukrayna ilə görüşü Macarıstanın tələbi ilə ləğv olunsa da, alyans Kiyevlə işləməkdə və Ukraynanı dəstəkləməkdə davam edəcək.

Macarıstan Ukraynanın NATO və Avropa İttifaqı ilə daha yaxın əməkdaşlığını bloklayacağı ilə hədələyib. Ukrayna prezidenti Petro Poroşenko bu mübahisəli qanunu sentyabr ayında imzalayıb.

Ukraynanın yeni qanununa görə ölkədə yaşayan milli azlıqların, o cümlədən 140 min macarın ana dili yalnız ibtidai məktəbdə tədris edilə bilər.

Bu qanunun qəbul edilməsindən əsas məqsəd Ukraynada Rusiyanın təsirini azlatmaqdır. Rus diliUkraynada ən çox danışılan ikinci dildir.

Bu arada Birləşmiş Ştatlar və NATO-nun başqa üzvləri Macarıstanı Ukraynanın NATO ambisiyalarını bloklamamağa çağırıblar.

ABŞ-ın NATO-dakı səfiri Kay Bailey fevralın 13-də bildirib ki, NATO-Ukrayna Şurasının keçirilməsi həm alyans, həm də Ukraynanın ərazi bütövlüyünün qorunması üçün mühüm mərhələdir.

O ümid etdiyini bildirib ki, Macarıstan və Ukrayna tezliklə bir masa arxasında əyləşərək mübahisəni beynəlxalq qanunlar çərçivəsində həll edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG