Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:53

NATO Ukrayna donanmasına dəstək bildirir


Ukrayna prezienti Petro Poroshenko (solda) və NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 13-də alyansın Brüsseldəki qərargahında görüşüblər
Ukrayna prezienti Petro Poroshenko (solda) və NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 13-də alyansın Brüsseldəki qərargahında görüşüblər

NATO Ukrayna dəniz donanmasına dəstəyini bildirib. Bundan iki həftə əvvəl Rusiya Qara və Azov dənizlərini birləşdirən Kerç boğazında Ukraynanın üç hərbi gəmisini və 24 dənizçisini həbs edib.

NATO-nun baş katibi Jens Stoltenberg dekabrın 13-də, Ukrayna prezidneti Petro Poroshenkonun Brüsselə səfəri əsnasında deyib ki, “alyans Kiyevə dəniz donanmasını, logistikanı və kibermüdafiəni möhkəmlətməsi üçün dəstək verir”.

O deyib ki, NATO habelə bu ilin sonunadək Ukraynaya təhlükəsiz kommunikasiya avadanlığı verəcək.

Noyabrın 25-də Rusiyanın sahil keşikçiləri Ukraynanın 3 gəmisinə atəş açmış, bu gəmiləri və onların heyətlərini həbs etmişdilər.

Moskva iddia edir ki, gəmilər Rusiyanın ərazi sularına qanunsuz daxil olub. Kerç boğazı Moskvanınilhaq etdiyi Krımı Rusiyanın əsas ərazisindən ayırır.

Ukrayna və BMT-nin əksər üzvləri Krımın ilhaqını tanımayıblar.

Stoltenberg dekabrın 13-də verdiyi bəyanatda deyib ki, “Rusiya həbs etdiyi gəmiləri və dənziçiləri dərhal azad etməli, Azov dənizində, Ukrayna limanlarına sərbəst giriş də daxil naviqasiya azadlığını təmin etməlidir”.

NATO baş katibi əlavə edib ki, baş verənlər “Rusiyanın stabilsizləşdirmə davranışının bir hissəsidir və biz Krımın ilhaqını qəti şəkildə pisləyirik”.

Prezident Petro Poroshenko NATO baş katibinin bəyanatını alqışlayıb. O həbs edilmiş Ukrayna dənizçilərini “müharibə əsirləri” adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG