Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Stoltenberg deyir ki, ‘Gürcüstan bir gün NATO-nun üzvü olacaq’


Jens Stoltenberg
Jens Stoltenberg

NATO-nun baş katibi Jens Stoltenberg deyib ki, Gürcüstan bir gün alyansa qoşulacaq.

NATO-nun Gürcüstana onu üzvlüyə qəbul etmək niyyətində olduğunu bəyan edəndən 10 il keçir.

Stoltenberg oktyabrın 3-də alyansın və Gürcüstanın müdafiə nazirlərinin görüşündən sonra bu münasibətlə bildirib ki, “NATO-nun qapıları Tbilisi üçün açıq qalır”.

NATO 2008-ci ildə Buxarestdə keçirilən sammitində bildirmişdi ki, Gürcüstan son nəticədə alyansın üzvü olacaq. Lakin Gürcüstanın üzvlüyə qəbulu barədə dəqiq tarix bildirilməmişdi. Bundan sonra alyans bütün sammitlərində Gürcüstanı üzvlüyə qəbul etmək niyyətini dəfələrlə təkrar edib.

Stoltenberg deyib ki, NATO müttəfiqləri “Gürcüstanın, xüsusilə də daha səmərəli təhlükəsizlik və müdafiə təsisatları yaratmaq sahəsində islahatları həyata keçirməkdə davam etməsindən razıdırlar”.

NATO rəhbəri “alyansın Gürcüstanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünü dəstəklədiyini” bir daha bəyan edib və Rusiyanı Gürcüstandan ayrılmış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına son qoymağa, öz qüvvələrini Gürcüstan ərazisindən çəkməyə çağırıb.

3, 7 milyonluq əhalisi olan Gürcüstanla Rusiya arasında 2008-ci ildə baş vermis qısa müharibə onun Abxaziya və Cənubi Osetiya bölgələrinin ölkədən qoparılması ilə nəticələnib.

Bu müharibədən sonra Rusiya Gürcüstanın separatçı bölgələrində minlərlə əsgəri qüvvədən ibarət qoşunlarını saxlamaqda davam edir.

Rusiya və Gürcüstan arasında müharibənin başa çatmasının onuncu ildömnümündə Rusiyanın baş naziri Dmirtry Medvedev deyib ki, Gürcüstanın NATO-ya qoşulması “daha dəhşətli” yeni münaqişənin başlanmasına səbəb ola bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG