Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:47

NATO Ermənistanla Azərbaycanı danışıqlar masasına dönməyə çağırıb


Jens Stoltenberg və Serzh Sarkisian
Jens Stoltenberg və Serzh Sarkisian

NATO-nun baş katibi Jens Stoltenberq Azərbaycanla Ermənistanı gərginliyin artmasına yol verməməyə və danışıqları bərpa etməyə çağırıb.

Bu barədə fevralın 27-də RİA Novosti məlumat yayıb.

Baş katib bir daha münaqişənin hərbi həlli yolu olmadığını bildirib.

“Gərginliyin artmasından qaçmaq lazımdır. Biz Ermənistanla Azərbaycanı danışıqlar masasına dönməyə çağırırıq” deyə Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serzh Sarkisianla görüşdən sonra deyib.

Stoltenberq qeyd edib ki, NATO münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun səylərini tam dəstəkləyir.

Qeyd edək ki, Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Qeyd edək ki, son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artdığı müşahidə olunur.

Tərəflər hər iki tərəfdən itkilərə səbəb olan atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG