Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

NATO komandanı ‘Rusiya təcavüzünü’ dayandırmağın zəruri olduğunu deyir


General Curtis Scaparrotti
General Curtis Scaparrotti

NATO qoşunlarının ali komandanlarından biri deyib ki, “Moskvanın aqressiv davranışı” nəzərə alınmaqla, Rusiyanin etirazlarına baxmayaraq Baltik regionunda şimal alyansının əlavə qüvvə və resurslarının yerləşdirilməsi “zəruri addımdır”.

ABŞ generalı Curtis Scaparrotti iyulun 12-də AzadlıqRadiosuna deyib ki, “dörd batalyon Rusiya üçün heç bir təhlükə təşkil etmir”. Üç Baltikyanı ölkədə və Polşada – alyansın şərq cinahında NATO-nun məhz dörd batalyonu yerləşdirilib.

Lakin o bunu da vurğulayıb ki, “bu dörd batalyon Rusiya üçün kafi çəkindiricidir”.

Generalın sözlərinə görə bu qüvvələr avroatlantik məkanın şərq hüdudlarında təhlükəsizliyin qarantıdır.

Rusiyanın NATO üçün potensial hədə, yoxsa potensial dost olduğu barədə suala cavab olaraq Scaparrotti deyib: “…biz onların Avropanın məhsuldar üzvü olmasını istəyirik. Lakin onlar beynəlxalq dünyaya hörmət etməli və onunla, bərqərar edilmiş qaydalar çərçivəsində əməkdaşlıq etməlidirlər”.

Daha sonra general deyib: “Məni ən çox narahat edən Rusiyanın ziyanlı fəaliyyətidir. Bilirsinizmi onlar sərhədlərin toxunulmazlığını pozublar. Onlar İkinci Dünya Müharibəsindən bəri ilk dəfə olaraq sərhədləri zorakılıqla dəyişdiriblər. Onlar ölkələri bu ölkələrin icazəsi olmadan işğal edirlər. Onlar bəzən bizim hərbi məkanımızda da aqressiv olurlar. Mən bu fəaliyyətin dəyişməsini istəyirəm”.

Rusiyanın Ukraynadakı fəaliyyətinə gəlincə isə general deyib ki, NATO nə Krımın ilhaqını, nə də “onların” Ukraynanın şərqində olmasını qəbul etmir.

ABŞ prezidenti Donald Trump-ın Vladimir Putinlə planlaşdırılan görüşünə gəlincə isə Scaparotti kommunikasiyanın ümumilikdə yaxşı bir hal olduğunu deyib və bildirib ki, onun özü də rusiyalı həmkarları ilə təmasda olur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG