Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:37

ABŞ-ın Avropadakı komandanı Rusiya təhlükəsindən danışıb


Avropadakı ABŞ hərbi qüvvələrinin baş komandanı general Curtis Scaparrotti
Avropadakı ABŞ hərbi qüvvələrinin baş komandanı general Curtis Scaparrotti

Avropadakı ABŞ hərbi qüvvələrinin baş komandanı general Curtis Scaparrotti yanvarın 17-də NATO müdafiə nazirlərinin Brüssel görüşünün ardınca keçirilən mətbuat konfransında Rusiya ilə bağlı narahatlıqlarını ifadə edib.

Scaparrotti deyib: “Mən düşünürəm ki, bir alyans olaraq biz üstünük, lakin bu üstünlüyün içində narahatlıq doğuran sahələr var. Düşünürəm ki, bunlardan biri də kibersilahlanmadır. Onlar bu işdə çox səriştəlidirlər”.

General bidlirib ki, NATO alyansının struktur, döyüş hazırlığı və sair sahələrində modernləşdirmə lazımınca həyata keçirilməzsə beş ilin müddətində bu üstünlük zəifləyə bilər.

Bundan əvvəl alyansın ali orqanı olan Hərbi Komitənin sessiyasında çıxış edən general Scaparrotti deyib ki, Rusiyanın strateji rəqib kimi yüksəlişi, Afrika və Yaxın Şərqdə həyəcan və sabitsizlik, habelə terrorizm strateji mühiti dəyişdirib.

Moskva və Qərb arasında münasibətlər Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən və Ukraynanın şərqindəki separatçılara dəstək verəndən bəri gərgindir.

Bu gərginliklə əlaqədar NATO özünün Rusiya ilə həmsərhəd şərq cinahında müdafiə xəttini gücləndirib.

Mətbuat konfransında Scaparrotti ilə yanaşı çıxış edən Çexiya generalı Petr Pavel deyib ki, Rusiya “aşkar təhlükəsizlik probleminə” çevrilib.

Hərbi Komitənin sədri general Pavel deyib: “Biz Rusiyanı güclü rəqib kimi xarakterizə edirik və təbiidir ki, onun inkişaf və modernləşməsini diqqətlə izləyir və gözlənilməz hallara hazır olmaq istiqamətində tədbirlər görürük”.

Bu görüşdən əvvəl NATO rəhbərləri bildirmişdilər ki, müzakirə ediləcək mövzular arasında alyansın cənub cinahındakı vəziyyət də var.

NATO komandanları Brüssel iclasının əsnasında Ukrayna və Gürcüstanın müdafiə nazirləri ilə görüşərək yerlərdəki təhlükəsizlik vəziyyətini və müdafiə islahatlarının gedişini müzakirə ediblər.

Görüşlərdən sonra general Pavel müxbirlərə deyib ki, müdafiə başçıları Ukrayna və Gürcüstanın üzləşdiyi təhlükəsizlik problemlərini müzakirə ediblər.

Gürcüstan barəsində məlumat verərkən Pavel bildirib ki, alyans bu ölkəyə NATO-Gürcüstan paketi əsasında dəstəyini davam etdirəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG