Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:41

NATO Rusiyanın potensial hücumunu dəf etməyə hazırdırmı?


NATO qüvvələri Kiyevdə avqustun 24-də keçirilən hərbi paradda
NATO qüvvələri Kiyevdə avqustun 24-də keçirilən hərbi paradda

Almaniyanın Der Spiegel məcmuəsi “bir daxili hesabata istinadən” yazıb ki, NATO özünün şərq cinahında Rusiyanın potensial hücumunu dəf etməyə qabil olmaya bilər.

Məqalədə deyilir ki, “Alyansın Gücləndirilmiş Çəkindirmə və Müdafiə Qabiliyyətinin Vəziyyəti” adlı hesabatda əhəmiyyətli çatışmazlıqlardan bəhs edilir.

Der Spiegel sözü gedən sənəddən belə bit iqtibas gətirib: “NATO-nun Avropa komandanlığının genişləndirilmiş məsuliyyət ərazisində çevik əlavə qüvvələrə texniki dəstək qabiliyyəti Soyuq Müharibədən bəri xeyli zəifləyib”.

Hesabatda deyilir ki, hətta NATO-nun Çevik Reaksiya Qüvvəsinin güclənsdirilməsi də “onun lazım gələrsə davamlı çevik reaksiya verə bilməsini təmin edə bilməyib”.

Hesabatda qeyd olunur ki, kommunizmin süqutundan sonra NATO komandanlığı strukturunun kiçildilməsi alyansın müdafiə qabiliyyətinə xələl gətirən əsas element olub.

Oana Lungescu
Oana Lungescu

NATO-nun sözçüsü Oana Lungescu Almaniya jurnalında dərc edilmiş məqaləyə şərh verməkdən imtina edib, lakin deyib ki, “alyans qüvvələri indi keçmiş onilliklərdə olduğundan daha çox hazırlıqlı və qabiliyyətlidir”.

Lungescu bunu deyib ki, NATO komandanlıq strukturunun bundan sonra da çevik, hərəki və məqsədyönlü qalması üçün tədbirlər görülür.

Alyansın komandanlıq strukturu məsələsi NATO müdafiə nazirlərinin gələn ay keçiriləcək görüşündə müzakirə olunacaq.

AzadlıqRadiosu yazır ki, NATO və Rusiya arasındakı münasibətlər Ukrayna münaqişəsi başlanandan bəri ən aşağı həddinə edib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra NATO Moskva ilə bütün mülki və hərbi əməkdaşlığını dayandırıb.

Ukrayna NATO-ya üzv olmaq istədiyini rəsmən bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG