Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:49

NATO-Rusiya komandanları niyə Bakını seçirlər


Z.Əlizadə
Z.Əlizadə

«Rusiya və NATO komandanlarının görüşü üçün Bakının məkan kimi seçilməsinə səbəb rəsmi Bakının hər iki tərəflə eyni dərəcədə məsafə saxlamasıdır. Rəsmi Bakı nə NATO-nun, nə də Rusiyanın müttəfiqi və ya düşmənidir», - siyasi şərhçi Zərdüşt Əlizadə bunu Bakıda NATO-RF hərbi komandanlarının görüşü ilə bağlı şərhində bildirir.

O, AzadlıqRadiosuna deyir ki, Bakı tərəfləri yüksək səviyyədə qəbul edir, təhlükəsizliklərinə təminat verir deyə, tərəflər də danışıqları burda aparırlar: «Bu baxımdan seçim uğurludur».

Tərəflər arasındakı müzakirələrin əhəmiyyətinə gəlincə, Z.Əlizadə istər Rusiyanın, istərsə də NATO-nun buna ciddi ehtiyacı olduğunu düşünür. Onun qənaətincə, bu danışıqlar tərəflər arasında etimadı artırır, odur ki, «dünyanın təhlükəsizliyi baxımından bu görüşün faydası var».

T.Əbilov
T.Əbilov

«Bu görüşün Qarabağ probleminə zərrə təsiri yoxdur»

Hərbi ekspert Telman Əbilov isə fərqli fikirdədir. Onun yanaşmasına görə, nə görüşün Bakıda keçirilməsinin, nə də bu görüşün özünün Azərbaycan üçün önəmi var.

O hesab edir ki, belə beynəlxalq səviyyəli görüşlərin Bakıda keçirilməsi sadəcə, hakimiyyətin beynəlxalq imicini düşünməsinin, əhalinin diqqətini ölkənin əsas problemlərindən yayındırmasının göstəricisidir.

«Azərbaycan rəhbərliyi hansı məsələni desən həll etməyə hazırdır, təkcə ölkənin öz problemlərindən başqa. Bu görüşün Qarabağ probleminin həllinə zərrə qədər təsiri yoxdur, bu barədə hər hansı söz-söhbət belə olmayıb», - T.Əbilov belə deyir və əlavə edir: «Qarabağ problemini həll etmək iş, qüvvə, bacarıq istəyir, amma tərəflər arasında belə görüşlər keçirmək üçün heç bir bacarıq lazım deyil. Odur ki, əsas iş qalır, lazım olmayan işi görürlər».

Rusiya ilə NATO arasında növbəti danışıqlar iyulun 11-də Azərbaycanda keçirilib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Todd Uolters iyulun 10-da Bakıya işgüzar səfərə gəliblər. Bu görüşlərin keçirilməsi üçün Bakı 2017-ci ildən etibarən məkan olaraq seçilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG