Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

NATO Norveç sahillərində irimiqyaslı təlimlər keçirir


NATO təlimləri
NATO təlimləri

NATO qoşunları Norveç sahillərində şərti düşmən qüvvələrinin geri oturdulmasını məş edirlər.

İki həfdəlik təlimlər oktyabrın 25-dən başlayıb.

Hərbi təlimlərdə 31 ölkədən 50- mindən çox hərbçi iştirak edir.

NATO ən iri təlimlərindən birini keçirir
Gözlə

No media source currently available

0:00 0:01:40 0:00

NATO deyir ki, bu “soyuq müharibə” dövründən sonra Alyansın keçirdiyi ən iri təlimdir və sırf müdafiə məqsədi güdür.

“NATO-nun, özünün etibarlı müdafiə qabiliyyətini təmin etməsinə əmin olmaq üçün, bu vacib təlimdir. Məqsədsə, əlbəttə ki, münaqişə salmaq yox, onun qarşısını almaqdır”,NATO-nun baş katibi Jens Stoltenberg deyib.

Rusiyalı müşahidəçilər də təlimləri izləməyə dəvət olunublar. Amma Moskva bu təlimləri ona qarşı yönəlmiş “təxribat” sayır.

“Bu Avropanın şimalı və ümumilikdə Avropa qitəsində sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət eləmir”, Rusiya xarici işlər nazirliyinin sözçüsüMariya Zaxarova deyib.

Öz növbəsində Rusiyanın hərbi dəniz donanması Norveç sahillərindəki neytral sularda raket sınağı keçirmıyi planlaşdırır.

NATO gözləyir ki, Rusiya özünü “peşəkarcasına” aparacaq.

Bu təlimlər Rusiyanın 2014-cü ildə Krımı zəbt etməsi və Ukraynanın şərqindəki silahlı münaqişəyə görə NATO-Rusiya münasibətlərinin gərginləşməsi fonunda keçirilir.

NATO-nun təlimlərində 250-ə yaxın təyyarə,65 gəmi və 10 min tank və digər texnikalar iştirak edir.

Bu qüvələr bölgəyə Şimali Amerika və Avropadan atılıb.

Hərbi təlimlər noyabrın 7-dək dasvam edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG