Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:38

NATO-nun Baş Katibi: "Krımın ilhaqı qəbul olunmur"


NATO-nun Baş katibi Jens Stoltenberg

NATO-nun Baş katibi Jens Stoltenberg Ukraynaya dəstək verən alyansının "Davamlı Dətsək" proqramını təsdiqləyib. Burada "Rusiyanın Ukrayna ərazisindən minlərlə hərbçinin çıxarılması, nazərət və hərbi texnika dəstəyi dayandırması" istənilir.

Stoltenberg Kiyevdə prezident Petro Poroshenko və digər rəsmilərlə görüşündən sonra, iyulun 10-da bu haqda danışıb. O, əminliyini bildirib ki, Ukraynanın təhlükəsizliyinə sərmayə qoymaq, NATO-nun və onun üzv dövlətlərinin təhlükəsizliyinə sərmayə qoymaqdır.

O, Minsk razılaşmasına uyğun olaraq, Ukraynanın şərqindəki münaqişəni sona çatdırmağı çağırıb. Bu münaqişədə 2014-cü ilin əvvəlindən 10 mindən çox insan həlak olub.

Stoltenberg bir daha xatırladıb ki, NATO üzvləri 2014-cü ilə Rusiyanın Krımı ilhaq etməsini qəbul etmir.

Rusiya Ukraynada hər əməliyyatlara müdaxiləni inkar edir. Amma Rusiyanın bu münaqişədə iştirakına dair sübutlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG