Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:55

NATO nazirləri Bosniyanın üzvlüyünə yaşıl işıq yandırırlar


Xəbər verilir ki, Bosniya serblərinin narazılığına baxmayaraq NATO-nun xarici işlər nazirləri Bosniya-Herseqovina üçün hərbi müşavirlik yardımı proqramının işə salınması barədə razılığa gəliblər.

Dekabrın 5-də Brüsseldə görüşən nazirlər Bosniyadan siyasi, iqtisadi və hərbi islahatların ilk illik hesabatını təqdim etməsini istəyiblər. NATO-ya üzv olmaq istəyən ölkələr onları alyansın standartlarına qaldıran bu islahatları həyata keçirməlidirlər.

AzadlıqRadiosu yazır ki, NATO-nun Üzvlük üçün Hərəkət Planı (Membership Action Plan - MAP) prosesi etnik baxımdan pərakəndə ölkənin tezliklə alyansa üzv olacağı anlamına gəlmir.

Digər tərəfdən Sarayevonun NATO-nun bu dəvətini qəbul edib-etməyəcəyi bilinmir. NATO-nun baş katibi Jens Stoltenberg Brüsseldə keçirilən görüşdən sonra jurnalistlərə deyib:

“Biz qərarımızı qəbul etmişik: illik milli proqramı qəbul etməyə hazırıq”.

Alyans MAP proqramını Bosniyaya 2010-cu ildə təqdim etmişdi, lakin onu “bütün şəraitin münasib olacağı vaxta” qədər aktivləşdirməkdən imtina etmişdi.

Serb millətçisi Milorad Dodik NATO üzvlüyünün əleyhinədir
Serb millətçisi Milorad Dodik NATO üzvlüyünün əleyhinədir

Bu proses daşınmaz hərbi əmlakın federal səviyyədə qeydiyyatının olmamasına görə əngəllənib, çünki Bosniyanın iki vahidindən biri, əhalisinin əksəriyyəti etnik serblər olan Republika Srpska NATO üzvlüyünə qarşıdır.

Buna görə də NATO müttəfiqləri Bosniya serblərinin de facto veto hüququna əl atmasından əvvəl prosesi hərəkətə gətirmək qərarına gəliblər.

Bosniyanın üçlü prezidnetliyinin hazırkı rotasiyalı sədri, serb millətçisi Milorad Dodik Bosniyanın NATO üzvlüyünə açıq şəkildə etiraz edir.

Bosniya müsəlmanlarının prezidenti Sefik Dzaferovic deyib ki, NATO-nun dəvəti ölkəyə özünün “ən mühüm xarici siyasət məqsədinə” çatmasına imkan yaradacaq.

Dzaferovic bunu da bildirib ki, o Bosniya təsisatlarının NATO-nun istədiyi illik hesabatın hazırlanmasına dərhal başlamasını istəyir.

Bu mövqeyi prezident üçlüyünün xorvat üzvü Zeljko Komisic də dəstəkləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG