Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:51

NATO-nun baş katibindən Qarabağ çağırışı


Polşa - Polşa prezidenti Andrzej Duda (sağda) və NATO-nun baş katibi Jens Stoltenberg (solda) Azərbaycan prezidenti İlham Əliyevlə. 8 iyul, 2016
Polşa - Polşa prezidenti Andrzej Duda (sağda) və NATO-nun baş katibi Jens Stoltenberg (solda) Azərbaycan prezidenti İlham Əliyevlə. 8 iyul, 2016

-

NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini gərginliyi azaltmağa və zorakılığa yol verməməyə çağırıb.

Turan xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Varşava sammitinin yekun kommunikesini jurnalistlərə şərh edərkən bildirib.

“Mən gözləyirəm ki, bizim kommunikedə Dağlıq Qarabağ münaqişəsinin də adı çəkiləcək. Məlumatımız ondan ibarətdir ki, biz hər iki tərəfi gərginliyi azaltmağa, zorakılıqdan çəkinməyə və məsələnin danışıqlar yolu ilə dinc həllini tapmaq cəhdlərini davam etdirməyə çağırırıq. Biz Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyirik”, - Stoltenberq sammit başlamazdan öncə bildirib.

Varşavada NATO və müttəfiq ölkələrin ikigünlük sammiti başlanıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Sammitdə əsasən Avropanın şərqində təhlükəsizliyin möhkəmləndirilməsi müzakirə olunur.

Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edir.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüşüb.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər. Ancaq, hələ də bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər. Münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

Buna da bax: Azərbaycana gələn turistlər hara gedir?

Azərbaycana gələn turistlər hara gedir?
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

XS
SM
MD
LG