Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:13

Azərbaycanın NATO Parlament Assambleyasından istəyi


Oqtay Əsədov
Oqtay Əsədov

“Azərbaycan NATO və onun Parlament Assambleyası ilə əlaqələrinin genişlənməsini önəmli hesab edir”.

Bu gün, sentyabrın 13-də NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Milli Məclisin sədri Oqtay Əsədov belə deyib.

Parlamentin məlumatına görə, spiker Azərbaycan sülhməramlılarının Əfqanıstanda təhlükəsizliyin təmin olunmasında fəal iştirak etməsindən bəhs edib. O, Dağlıq Qarabağ münaqişəsinə, regiondakı digər münaqişələrə də toxunub:

“Regionda mövcud olan münaqişələr bölgənin iqtisadi yüksəlişinə böyük maneçilik törədir. Dağlıq Qarabağ problemi ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasında, ATƏT Parlament Assambleyasında, BMT kimi qurumlarda ölkələrin ərazi bütövlüyü prinsipi ilə əlaqədar müxtəlif qərar və qətnamələr qəbul olunub. Biz NATO Parlament Assambleyasında da belə bir sənədin qəbul olunmasını arzulayırıq”.

“NATO-nun Parlament Assambleyası təşkilatın parlament ölçüsü kimi quruma daxil olan ölkələrin deputatlarına siyasi və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından gözəl imkanlar yaradır”, bunu isə NATO Parlament Assambleyasının sədri Paolo Alli deyib.

Görüşdə ikitərəfli əlaqələrin inkişafı məsələlərinin müzakirə edildiyi bildirilir.

NATO Parlament Assambleyasının sədri Paolo Alli-nin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 12-də başlayıb.

Dünən, sentyabrın 12-də nümayəndə heyətini prezident İlham Əliyev qəbul edib.

Xatırlatma

Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib.

2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi məqsəd qoyulmayıb.

XS
SM
MD
LG