Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:43

ABŞ rəsmisi NATO ölkəsinin Rusiyadan silah almaq planından çaşqınlıq bildirib


Mike Pence ABŞ-ın vitse-prezidenti

ABŞ-ın vitse-prezidenti Mike Pence Avropa Birliyini ABŞ-ın İrana qarşı kəskin mövqeini dəstəkləməyə və Vaşinqtonun ardınca Venesuela müxalifətinin lideri Juan Guaido-nu bu ölkənin müvəqqəti prezidenti kimi tanımağa çağırıb.

Pence belə bir çağırışla, Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında çıxış edib.

Pence qeyd edib ki, ABŞ-ın avropalı tərəfdaşları İrana qarşı sanksiyalar rejiminin pozulmasını artıq dayandırmalıdırlar.

Amma Almaniya kansleri Angela Merkel bundan əvvəl konfransda çıxış edərkən Avropanın İrana yanaşmasını dəstəkləyib.

Rusiya ilə münasibətlərə gəldikdə isə Pence deyib ki, Trump hakimiyyəti, Rusiyanın Ukrayna siyasəti, Sergei və Yuliya Skripalın Britaniyada zəhərlənmələri, habelə orta və qısa mənzilli raketlərlə bağlı müqaviləni pozmasına görə “Rusiyanı haqq ödəməyə” məcbur edir.

O həmçinin, NATO-nun şərqdəki bir sıra tərəfdaşlarının Rusiyadan silah almaq istəmələrindən çaşqınlıq bildirib.

Qeyd edək ki, NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raketlərinin alınması ilə bağlı razılaşma imzalayıb və Pance bunu deyəndə çox güman ki, Ankaraya işarə edir.

Münhen konfransında 30-a yaxın dövlət və hökumət başçısı iştirak edir.

Buna da bax: Merkel: Avropa Birliyi ilə Rusiya arasında əlaqələri tam kəsmək olmaz

XS
SM
MD
LG