Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:23

Məşədi Natiq yenə məhkəmə önünə çıxarılır


Natiq Kərimov

2015-ci ilin sonunda Nardaran hadisələrindən az sonra dövlətə xəyanətdə suçlanaraq həbs olunan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun işinə baxacaq yeni hakimlər açıqlanıb.

Məlum olub ki, Məşədi Natiq Kərimov və eyni ittihamla onunla birlikdə məhkəmə önünə çıxarılan Azərbaycan İslam Partiyasının sədr müavini İnqilab Əhədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrliyi ilə, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət hakimlər kollegiyası baxacaq.

Bu iş üzrə məhkəmənin hazırlıq iclası yanvarın 23-nə təyin olunub.

Məşədi Natiq və İnqilab Əhədovun işi xeyli vaxtdır ki, məhkəməyə göndərilib. Hətta məhkəmənin hazırlıq iclası da keçirilmişdi. Lakin işə baxan hakim Eldar İsmayılov özü-özünə etiraz edərək, bu işə baxa bilməyəcəyini bildirmişdi. Çünki Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Natiq Kərimov və İnqilab Əhmədovun işi üzrə istintaqı aparanlardan biri bu hakimin oğlu Emin İsmayılzadə olub. Qanun bu halda onun işə baxmasını qadağan edir.

Natiq Kərimov 2015-ci ilin dekabrında həbs olunub, 2016-cı il yanvarın 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Xarici xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək casusluqda suçlanan N.Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham olunur.

İnqilab Əhədov da eyni maddə ilə təqsirləndirilir, amma o, həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG