Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:29

Gömrük polkovnikinə 2500 manat rüşvətə görə 5 il həbs


İllüstrasiya
İllüstrasiya

Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi olmuş polkovnik-leytenant Natiq İmanov 5 il azadlıqdan məhrum edilib. Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. O, pensiya yaşına çatmış komitə əməkdaşlarına ödəniləcək birdəfəlik müavinətləri vaxtından əvvəl vermək üçün rüşvət almaqda təqsirli bilinib.

İddia olunur ki, o, iş yoldaşı Mansur Zeynalovdan 2 min 500 manat rüşvət alarkən tutulub.

2006-cı ildən gömrük orqanlarında müxtəlif vəzifələrdə işləmiş Natiq İmanov isə ittihamı qəbul etmir.

“Əməliyyatçılar gəlib məni saxlayanda dedilər ki, “səni tutmayacağıq, işdən çıxacaqsan, vəssalam. Ancaq bu ifadəyə imza at”. Mən də elədim. Sonra məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırdılar, orada da eyni cür aldatdılar. İmzaladım. Bir də gördüm mülki geyimlilər gəldilər ki, məni aparsınlar...”, – gömrük polkovniki məhkəmədə belə deyib.

XS
SM
MD
LG