Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

N.Cəfərli prokurorluqda dindirilib


Vəkil Cavad Cavadov və Natiq Cəfərli
Vəkil Cavad Cavadov və Natiq Cəfərli

REAL Hərəkatının icra katibi Natiq Cəfərli yanvarın 30-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

O, AzadlıqRadiosuna deyib ki, dindirilmə 2 saat yarım davam edib: «Əsas suallar İranın Azərbaycandakı səfirliyinin katibinin yanvarın 19-da REAL-ın ofisinə gəlməsi, danışıqların məzmunu, bir də pul alıb-almamağımızla bağlı idi. Biz də sualları cavablandırdıq».

N.Cəfərli dindirilmənin təfərrüatları haqda geniş danışa bilməyəcəyini söyləyib: «Bir şər-böhtan yazıya görə dindirilirik. Mənə qədər Azər Qasımlı dindirilib. Bu bizə, yəni REAL-a təzyiqlərin davam etməsidir. REAL sədri İlqar Məmmədov həbsdədir, indi də təzyiqlər davam edir».

“İran əməkdaşı ilə görüşümüzə dair 5 saat sual verdi”
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

XATIRLATMA

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytlarında Eynulla Fətullayevin imzası ilə «İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı» başlıqlı məqalə dərc edilmişdi.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arefzadeh-nin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edilirdi. İddia olunurdu ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib. «REAL İrandan ilk maliyyə yardımını qəbul edib! Bax bu, nəinki müxalif milli-demokratlar, eləcə də liberalyönümlü müxalifət üçün inkişaf mərhələsində yeni dönüşdür», - məqalədə yazılırdı.

REAL rəhbərliyi isə bunu onlara növbəti əsasız təzyiq kampaniyası kimi dəyərləndirmişdi.

Bunun ardınca da baş prokuror Zakir Qaralovun tapşırığına əsasən, bu məsələ ilə bağlı araşdırmalara başlandığı bildirilirdi.

Respublika Prokurorluğunun mətbuat xidməti bəyan edirdi ki, araşdırmaları Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparacaq.

Yanvarın 29-u REAL rəhbərliyindən Azər Qasımov idarəyə çağırılaraq 5 saat dindirilmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG