Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:34

'Trump-Rusiya sirlərini' bildyini iddia edən model sərbəst buraxılıb


Nastya Rıbka kimi tanınan Anastasia Vashukevich
Nastya Rıbka kimi tanınan Anastasia Vashukevich

Belaruslu model və özünü seks təlimçisi kimi təqdim edən Anastasia Vashukevich Rusiyada polis təcridxanasından azad edilib.

Daha çox Nastya Rıbka adı ilə tanınan bu qadın 2016-cı il ABŞ seçkisinə Ruysiyanın müdaxiləsinə dair sirləri bildiyini iddia etməklə dünya xəbərlərinin başlıqlarına çıxmışdı.

Anastasia Vashukevich, habelə onun müəllimi kimi tanınan Aleksandr Kirillov yanvarın 22-də sərbəst buraxılıblar.

Bu barədə məlumatı Kirillov-un vəkili Svetlana Sidorkina verib:

"Onlar elə indicə bizim müştərimizi və Vashukevich-i təcridxanadan buraxıblar”.

Lakin vəkil əlavə edib ki, sərbəst buraxılanların hər ikisi fahişəliklə bağlı ittihamlar üzrə şübhəli olaraq qalırlar və daha sonra dindirilmə üçün dəvət ediləcəklər.

***

Yanvarın 18-də xəbər verilirdi ki, Belarusun Moskvadakı səfirliyi Rusiyada belaruslu modelin saxlanmasını araşdırır.

Səfirliyin sözçüsü Interfax-a deyib ki, qurum Vashukevich və Kirillov-un saxlanması xəbərlərini araşdırır.

Vashukevich Rusiya hakimiyyətini müvəkkilini onun iştirakı olmadan dindirdiklərinə görə məzəmmət edib. Dmitry Zatsarinsky yanvarın 17-də deyib ki, belə dindirmə nəticəsində əldə olunan istənilən informasiya mümkün məhkəmə prosesində qəbul olunmayacaq.

***

Moskvadan alınan xəbərlərə görə Rusiya, Kremlin Donald Trump-ın prezident seçkisində qalib gəlməsinə dəstək cəhdlərini bildiyini iddia edən belaruslu modeli saxlayıb.

Nastya Rıbka adı ilə tanınan Anastasia Vashukevich yanvarın 17-də dindirilmək üçün Moskvanın Şeremetyevo hava limanında saxlanıb. AFP-nin verdiyi xəbərə görə Tayland bu qadını seks dəllalığı ittihamı ilə məhkum olunmuş başqaları ilə birlikdə deportasiya edib.

Özünü “seks xiridarı Alex Lesley” kimi təqdim edən Aleksandr Kirillov da hava limanında saxlanmış 4 nəfərin arasındadır.

Sözü gedən şəxslərlə eyni təyyarədə uçan bir qadının dediyinə görə onları hava limanında mülki geyimlilər saxlayıblar. Həmin şahid Kirillovun xanımı Kristina olduğunu deyib.

TASS agentliyi adı çəkilməyən hüquq-mühafizə orqanına istinadən bildirib ki, dörd nəfəri “fahişəliyiə cəlbetmə” ittihamı üzrə şübhəlilər kimi saxlayıblar.

Beləliklə 2018-ci ilin fevralından başlanan hadisənin inkişafında yeni səhifə açılıb.

Həmin vaxt Rusiyanın antikorrupsiya fəalı Aleksei Navalny Rusiya baş nazirinin müavinini ifşa edən materiallar dərc etmişdi. Video da daxil bu materiallardan baş nazir müavininin Kremlə bağlı oliqarx Oleg Deripaskanın Norveç sahilindəki yaxtasında olduğu bəlli olurdu.

Navalny-nın materialları arsında Vashukevich Instagam səhifəsində dərc etdiyi video da vardı. Bu videoda Deripaska və onun vəzifəli qonağı Sergei Prikhodko ABŞ siyasətini müzakirə edirdilər.

Yaxtada çəkilmiş fotoda görünən Vashukevich Deripaska ilə intim münasibətlərdə olduğunu iddia edirdi.

Vashukevich və onun partnyoru Aleksandr Kirillov Pattayada həbs olunandan sonra ABŞ-dan sığınacaq istəməklə beynəlxalq xəbər başlıqlarına çıxmışdılar.

Vashukevich iddia edirdi ki, o Rusiyanın ABŞ, seçkisinə iddia olunan müdaxiləsinin detalları barədə məlumatlara malikdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG