Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Suriya ilə İordaniya arasındakı sərhəd-buraxılış məntəqəsi gələn ay açılacaq


Foto arxiv
Foto arxiv

Suriya ilə İordaniya arasındakı sərhəd-buraxılış məntəqəsi gələn ay açılacaq.

Bu barədə sentyabrın 29-da Suriyanın dövlət informasiya agentliyi məlumat yayıb.

Bundan əvvəl Suriyanın nəqliyyat nazirliyi sərhəddəki "Nasib" sərhəd-buraxılış məntəqəsi yenidən açılması barədə məlumat yaymışdı.

Amma İordaniya ordusu da bununla bağlı hazırlıq işlərinin hələ ki, tamamlanmadığını bildirir.

Qərb agentliklərinin məlumatına görə “Nasib” sərhəd məntəqəsinin açılışı Suriya rejiminin ərəb ölkələrinə mal ixracına imkan yaradır.

Üsyançılar bu məntəqəni 2015-ci ilin aprelində ələ keçirsə də Suriya ordusu elə həmin ilin iyulunda onu geri alıb.

Hazırda Suriya ərazisinin əksəriyyəti prezident Bashar Assad hökumətinin nəzarətindədir.

Qeyd edək ki, Rusiya ilə İran Suriya müharibəsində Bashar Assad rejiminin, ABŞ və onun müttəfiqləri isə Assada qarşı mübarizə aprana silahlı müxalifətin tərəfini saxlayır.

Əvvəllər bu münaqişədə ABŞ-ın tərəfini saxlayan Türkiyənin isə son vaxtlar Rusiyaya yaxınlaşdığı müşahidə olunur və bu Ankara ilə Vaşinqton arasındakı münasibətlərin gərginləşməsi fonunda baş verir.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri bu günlərdə Soçi görüşündə Suriyanın İdlib əyalətində silahsız zona yaradılması və orda birgə patrul xidməti tətbiq edilməsi barədə razılıq da əldə ediblər.

Razılaşmaya əsasən bütün silahlı qruplar oktyabrın ortalarınadək ərazini tərk etməlidirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG