Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:57

«Ağ ölüm»


Rusiya -- Narkotiklər sərgisi, Moskva, noyabr 2005
Rusiya -- Narkotiklər sərgisi, Moskva, noyabr 2005
Narkotiklərdən istifadə ictimaiyyətə ildə 67 milyard dollar ziyan vurur. Bura narkomaniyayla bağlı cinayətlər, narkomanlara tibbi yardım, sosial proqramlar, həm də itirilən vaxtın qiyməti daxildir. Araşdırmanı narkomanların – dərmanlardan asılı olanların beynəlxalq reabilitasiya mərkəzi aparıb. Narkomanın müalicə olunmaması ayda 3600 dolların itirilməsi deməkdir. Həbsi isə 3300. Amma narkomanın müalicəsinə xərclənən hər 1 dollar 4-7 dollara qənaət deməkdir. Belə çıxır ki, ən yaxşı yol narkomanın müalicəsidir. Müalicə üçün isə narkomanın istəyi vacibdir ki, ona xəbər tutub kömək edə biləsən. Əlbəttə, imkan varsa.

- Azərbaycanda hələ ki, narkotik maddələrdən istifadə edənlərin dəqiq sayı məlum deyil. Rəsmən 18 min narkoman qeydə alınıb. Amma müstəqil mənbələrə görə, Azərbaycanda narkomanların sayı dəfələrlə çox, təxminən 300 mindir. Bakıdan Rövşən Qənbərov xəbər verir.


- Gürcüstanda az qala bir narkoman tutulur. Ekspertlərin dediyinə görə, Gürcüstanda narkotiklərdən istifadə edənlərin sayı 250 mindir. Amerika Dövlət Departamentinin hesabatında isə 350 min göstərilir. Niyə Gürcüstanda narkomanların sayı belə artır? Cavabı Tbilisidən Tamar Çikovani tapmağa çalışıb.


- Ermənistanda narkomanların sayı Azərbaycandakılardan da, Gürcüstandakılardan da təxminən 15 dəfə azdır. Bəzilər bunu narkotiklərin bahalığı ilə, bəziləri də Ermənistanın sərhəd ölkələrlə əlaqəsinin məhdudluğu ilə izah edir. Nə qədər məhdud olsa da, ekspertlərin fikrincə, Ermənistan narkotiklərin tranziti üçün əlverişli ölkədir. Yerevandan Nane Acemyan bu barədə danışır.


ƏTRAFLI AUDİO HİSSƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ


XS
SM
MD
LG