Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Naxçıvanda 108 kilo heroin tutulduğu deyilir


Naxçıvanda gömrükçülərin 108 kq heroin aşkar etdiyi bildirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük sərhəd-keçid məntəqəsində qeydə alınıb.

Narkotik maddənin Türkiyə vətəndaşı Davut Korkmazın idarə etdiyi DAF markalı yük maşınından aşkar edildiyi açıqlanıb. Heroinin maşının qoşqusunun döşəmə hissəsindəki gizli saxlancda yerləşdirildiyi vurğulanır.

Gömrükçülərin maşına baxış həyata keçirərkən 106 bükümdə qablaşdırılaraq xüsusi qaydada gizlədilən, ümumi çəkisi 108 kq olan narkotik vasitə - heroin aşkar edərək götürdükləri bildirilir.

Narkotik yüklü avtonəqliyat vasitəsinin Naxçıvan ərazisindən tranzit keçməklə İrana, ordan da Türkiyəyə gedəcəyinin müəyyən edildiyi yazılır.

“Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni İsfahan şəhərində adığını, Naxçıvan üzərindən Türkiyəyə keçirməklə Qaziantep şəhərində adı istintaqa məlum olan şəxsə təhvil verəcəyini deyib”, məlumatda vurğulanır.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Bu açıqlamaya, hələlik, Türkiyə vətəndaşı Davut Korkmazın və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb. Onların bu məlumatla razılaşıb-razılaşmaqdıqları dəqiqləşdirilməyib.

XS
SM
MD
LG