Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Baş həkim: 'Bizdə narkomanlar yaşlı nəslin arasında daha çoxdur'


arxiv foto
arxiv foto

Bu gün, iyunun 26-sı Beynəlxalq Narkomaniya ilə Mübarizə Günüdür.

Lənkəran Regional Narkoloji Dispanserin baş həkimi Vüqar Əliyev cənub bölgəsində narkomaniya ilə bağlı sualları cavablayır.

O, ölkədə narkomaniya ilə mübarizənin getdiyini desə də, bu sahədə görüləsi işlərin də çox olduğunu düşünür:

“Dispanser 7 rayonu əhatə edir, 2 mindən yuxarı narkoman qeyidiyyatdadır. Cənub bölgəsində narkomaniyanın qarşısını almaq üçün Lənkəranda reabilitasiya mərkəzinin yaradılması nəzərdə tutulmuşdu. Sonra məsləhət bilindi ki, reabilitasiya mərkəzi Bakıda inşa edilsin. Mərkəz istifadəyə verilsə böyük uğur olardı”.

Vuqar Əliyevin sözlərinə görə Lənkəranda yeni narkoloji dispanser binası istifadəyə verilib:

“Yeni binaya köçmüşük. Yeni avadanlıqlarla təhciz olunmuşuq.Tələbata cavab verən şərait var. Məktəblərdə, istehsal sahələrində tədbirlər keçirilir. Hər kvartalda (4 aydan bir) tədbirlər nəzərdə tutulur. Bu yaxınlarda Bakıdan İşçi qurupu gəlmişdi. Təhsil Nazirliyindən və digər komitələrdən nümayəndələr var idi. Tədbir Heydər Əliyev mərkəzində keçirildi. Müsadirə edilmiş narkotikləri məhv etmək üçün komissiya var. Həmin komissiya hər kvartalda toplaşır, öz işlərini görürlər. Bunları ona görə deyirəm ki, bu iş gündəlik həyatımıza çevrilir. Əvvəlki kimi deyil...”

"MASALLIDA NARKOMANLARIN SAYININ ÇOXALMASI..."

Baş həkmin deməsinə görə, cənub bölgəsində Masallı rayonunda narkomanların sayının artması onları narahat edir:

“Masallıda narkomanların sayının çoxalması bizi narahat edir. Ancaq artımın dinamikası 1990-cı illərin səviyyəsində deyil. Narkomanların sayı həmin illərdə daha çox idi. Adətən müqayisəni həmin illərlə edirik. Dinamikada azalma var. Ancaq narkomanlıq elə bəladır ki, cəmiyyət olan yerdə narkoman da olur. İndi narkomaniya ilə elmi şəkildə mübarizə aparılır. Nəticə var. Narahatçılıq da var”.

arxiv foto
arxiv foto

​Vüqar Əliyev hesab edir ki, cənub bölgəsində narkomanlıq qocalır:

“On il bundan əvvəl olan narkomanların yaşı indi 50-60 arasıdır. Bizdə narkomanlar yaşlı nəslin arasında daha çoxdur, gənclər arasında azdır. Düzdür əlavə yeni narkotiklərin növləri çıxıb. Amma buna baxmayaraq, gənclər arasında azalma müşahidə olunur. Qeydiyyata düşən narkomanların yaş tərkibinə baxanda da bu aydın görünür. Lənkəran şəhərində azalma hiss olunur. Əvvəllər narkomanlar küçələrdə gəzərdilər, diqqəti cəlb edərdilər. İndi o yoxdur. Dövlət orqanlarının da bu işdə zəhmətləri var”.

Baş həkim deyir ki, narkomanların sayının artması dövlət büdcəsinə də ziyandır:

“Bizdə narkomanın bir kurs müalicəsinə dövlət tərəfindən 250 manat pul xərclənir. Bu baxımdan narkomanların sayının artması dövlətə zərərdir. Narkomanın həyata qayıtması da bir problemdir”.

Xatırlatma

Respublika Narkoloji Mərkəzinin 2018-ci ilin sonuna olan məlumatına görə, Azərbaycanda təqribən 30 min narkoman qeydiyyatdadır.

Müstəqil ekspertlər respublikada narkomanların sayının rəsmi rəqəmlərdən 10 dəfədən çox olduğunu düşünürlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG