Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Yanğına görə cəzalanan həkim-narkoloq: 'Mən ailəmi sənətimə qurban vermişəm'


Narkoloji dispanser. Foto arxiv
Narkoloji dispanser. Foto arxiv

«Mənim üçün əsas məsələ insan sağlamlığıdır. Xahiş edirəm, məni sevdiyim peşəmdən - həkimlikdən ayırmayın», – Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə cinayət məsuliyyətinə cəlb olunan həkim-narkoloq Afət Məmmədovanın sözləridir. O, mayın 3-də məhkəmədə son sözünü deyib.

Yanğının baş verməsində də heç bir günahı olmadığını, kimsədən də rüşvət almadığını deyən A.Məmmədova bildirib ki, xəstələrə görə qanuni məzuniyyətindən də imtina edib: «Mənim üçün həkimlik ən ali peşədir. Lazım gələndə ailəmi də peşəmə qurban vermişəm. O mənada ki, qanuni məzuniyyət haqqım olduğu halda, uşağımın 40 günü tamam olan kimi işə çıxmışam. Fikirləşmişəm ki, xəstələr məni gözləyir».

A.Məmmədova məhkəmədən ona bəraət verilməsini istəyib.

Digər təqsirləndirilən şəxslər son söz demək üçün məhkəmədən vaxt istəyiblər. Onlara mayın 17-nə qədər vaxt verilib. Yanğını törətməkdə təqsirləndirilən 65 yaşlı Məhəmməd Məmmədov isə məhkəmədə bir daha günahsız olduğunu, Narkoloji Mərkəzi yandırmadığını, bu işin işgəncə yoluyla onun üstünə atıldığını bildirib.

A.Məmmədovaya ittiham verilib ki, o, M.Məmmədovun oğlu Vahiddən aylıq 100 manat rüşvət alaraq, onun atasını illərlə (ümumilikdə 65 aya 6 min 500 manat) Narkoloji Mərkəzdə saxlayıb. Spirtli içki aludəçisi olan M.Məmmədova təyin edilən növbəti müalicənin müddəti martın 1-də başa çatsa da, onu buraxmayıb, müddəti uzadıb. Nəticədə martın 2-də səhər tezdən M.Məmmədov ailəsinin ona qarşı belə münasibətinə, Narkoloji Mərkəzdə saxlanmasına etiraz olaraq, intihar məqsədilə yanğın törədib.

Xatırlatma

Narkoloji Mərkəzdə 25 nəfərin ölümü, daha 29-nun xəsarət aldığı yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdu.

İyulda onlardan dördünün işi məhkəməyə göndəriləndə Mərkəzin şöbə müdiri olmuş həkim Azad Ələkbərovun haqqındakı cinayət işi onun səhhətindəki problemlərlə əlaqədar ayrılmışdı. Sentyabrın 28-də o, həbsdə vəfat etdi.

Məhkəmə qarşısına çıxarılan dörd nəfər isə hadisə vaxtı Mərkəzdə alkoqolizmdən müalicə alan M.Məmmədov, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndisi Mahir Abdullayev və şöbə müdiri Afət Məmmədovadır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

64 yaşlı M.Məmmədov yanğını törətməkdə, onun müalicə həkimi olmuş A.Məmmədova oğlundan rüşvət alıb onu orada saxlamaqda, digərləri isə vəzifə səlahiyyətlərindən sui-istifadə və yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə təqsirləndirilir.

Prokuror M.Məmmədova ömürlük, A.Məmmədova şərti, T.Məmmədhəsənova 4 il, M.Abdullayevə isə 3 il 6 ay həbs cəzası verilməsini istəyir. Onların heç biri özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG