Nardaran işi üzrə həbsdə olan 18 nəfərə, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya hökmün nə vaxt oxunacağı bəlli olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyi ilə, Mahmud Ağalarov və Eldar Mikayılovdan ibarət hakimlər kollegiyasının çıxardığı hökm yanvarın 25-də səhər saat 10-da elan olunacaq.
Buna da bax: Məşədi Natiqin işinə qapalı məhkəmədə baxılacaq
Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs hazırda həbsdədir.
Onlardan daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Onlara 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. Daha iki qrupun isə ayrılıqda məhkəməsi gedir.
Buna da bax: 'Nardaran işi'ndə daha 12 nəfər hakim önünə çıxarıldı
Hazırda mühakiməsi gedən 18 nəfərlik qrupun üzvlərinə dövlət ittihamçısı uzunmüddətli cəzalar, «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırova isə ömürlük həbs istəyib.
Buna da bax: