Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Fevral, Cümə axşamı, Bakı vaxtı 05:37

313 nəfər namizədliyini geri götürüb


MSK, arxiv foto

Bu il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində bəzi namizədlərin iddialarından çəkilməsi halları davam edir.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, indiyə qədər qeydə alınmış 1637 deputatlığa namizəddən 313 nəfəri namizədliyini geri götürüb.

Hazırda deputatlığa namizədlərin sayı 1324 nəfərdir.

MSK-dan bəzi namizədlərin gerç çəkilməsinə şərh almaq mümkün olmayıb.Onların əksəriyyəti də bu barədə cəmiyyətə geniş bilgi verməyiblər.Sadəcə onlardabn bir çoxu məsələhətləşmələrdən sonra belə addım atdıqlarını, bəziləri də başqa rəqiblərinin xeyrinə gerə çəkildiyini qeyd ediblər.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG