Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 01:47

Namizədlərin sayı azalmaqda davam edir


MSK
MSK

Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. Onlardan indi 1345 nəfər deputatlığa rəsmi namizəd var.

Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat veriblər.

Məlumata görə, deputatlığa namizədliyi qeydə alınan şəxslərin 246 nəfəri 19 siyasi partiyanı təmsil edir. Ümumilikdə isə 307 nəfər rəsmi iddiaçının partiya mənsubiyyəti mövcuddur.

Eyni zamanda bildirilib ki, indiyə qədər 292 nəfər namizədliyini geri götürüb.

MSK 5 gün əvvəl namizədlərin sayının 1400-ə düşdüyünü açıqlamışdı.

Onda bu qurumdan verilən məlumata görə, qeydə alınmış 1637 nəfər namizəddən 237-si namizədliyini geri götürmüşdü.

Namizədliyini bu vaxta qədər geri götürən şəxslərin bir çoxu bununla bağlı geniş açıqlama verməyiblər.

Onlardan bəziləri bu addımı müəyyən məsləhətləşmələrdən sonra atdıqlarını, bir neçəsi də partiya yoldaşlarının xeyrinə güzəştə getdiklərini bildiriblər.

Azərbaycan Milli Məclisində 125 deputat yeri var.

Xatırlatma

Ötən il dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Ondan 3 gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

Müxalifət qüvvələrindən Milli Şura bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb.

Qurum hesab edir ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.

XS
SM
MD
LG